Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-172/2023 10.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 06 avqust 1960-ci il tarixdə Samux rayonu, Qovlarsarı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Samux rayonu, Qovlarsarı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux Rayon İcra və X3 Asim Ənvər oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN №1475935 saylı inzibati xəta haqqında protokola dair toplanmış materiallar məhkəməyə daxil olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-619/2019 nömrəli icra sənədinə əsasən borclu Şəxs və X4 41198.87 manat əsas borc, 4092.96 manat faiz məbləği, 50 manat cərimə məbləği, 16.50 manat poçt xərci və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 45388,83 manat pul tutularaq, “X9 Azərbaycan” QSC-yə ödənilməlidir. Tutma Şəxs məxsus “Toyota Prado” markalı, **-EZ-*** dövlət nişanlı avtomobilə yönəldilməli və avtomobil açıq hərracda satılmaqla əldə olunan vəsait hesabına tələb təmin edilməlidir. Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(058)-797/2020 nömrəli icra sənədinə əsasən borclu X2 və Şəxs kredit borcuna görə 2028.80 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(058)-790/2022 nömrəli icra sənədinə əsasən borclu Şəxs 1377.64 manat xidmət haqqının və 247.97 manat ƏDV 18% olmaqla, cəmi 1625.62 manat borc və 36,65 manat dövlət rüsumu alınaraq “X9 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, icra sənədlerinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sənədlərinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şamxal Məmmədov bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-619/2019 nömrəli icra sənədinə əsasən borclu Şəxs 45389 manat kredit borcu tutularaq, “X9 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(058)-797/2020 nömrəli icra sənədinə əsasən borclu Şəxs 2029 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(058)-790/2022 nömrəli icra sənədinə əsasən borclu Şəxs 1625 manat kredit borcu və 36.65 manat dövlət rüsumu tutularaq, “X9 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədləri üzrə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq, o, borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, onun banklara borcu vardır. Onun övladları banka olan borcdan ödənişlər edirlər. Gələcəkdə borcundan hiss-hissə ödəyə bilər. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-619/2019 nömrəli icra sənədinə əsasən borclu Şəxs 45389 manat kredit borcu tutularaq “X9 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(058)-797/2020 nömrəli icra sənədinə əsasən borclu Şəxs 2029 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-790/2022 nömrəli icra sənədinə əsasən borclu Şəxs 1625 manat kredit borcu və 36.65 manat dövlət rüsumu tutularaq “X9 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş borcluya təqdim edilmiş, borclunun izahatı alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN №1475935 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh növü seçilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində cərimə edilsin. Qərarın icrası Samux İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-172/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-172/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver