Məhkəmə qərarları › İş №3(058)-174/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-174/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-174/2023 11.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X10 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fidayıl oğlunun iştirakları ilə, 30 avqust 1994-cü il tarixdə Samux rayonu, Qarayeri qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Samux rayonu, Qarayeri qəsəbəsində yaşayan Şəxs Fidayıl oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux rayon İcra və Probasiya şöbəsindən Şəxs Fidayıl oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola dair toplanmış materiallar məhkəməyə daxil olmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(058)-427/2019 nömrəli icra sənədinə əsasən borclu Şəxs Fidayıl oğlundan xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin X4 xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs Fidayıl oğluna tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilməklə 10 (on) gün müddətinə vaxt verilmiş, lakin bü müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Belə ki, borclu idarəyə dəvət edilmiş, izahatı alınaraq hüquq və vəzifələri izah olunmuşdur. Borclu Şəxs Fidayıl oğlunun icra sənədi üzrə 4490 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 bildirdi ki, Samux Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(058)-427/2019 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs Fidayıl oğlundan hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq X1 xeyrinə ödənilməlidir. Qeyd olunan icra vərəqəsi üzrə borclu Şəxs Fidayıl oğluna tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq, o, borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Borclunun hazırda 4490 (dörd min dörd yüz doxsan) manat borcu qalmışdır. Qeyd edilənləri əsas gətirib borclu Şəxs Fidayıl oğlunun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fidayıl oğlu məhkəmə iclasında bildirdi ki, Samux Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli 2(058)-427/2019 nömrəli icra sənədinə əsasən ondan cəmi 4490 (dörd min dörd yüz doxsan) manat alınaraq X1 xeyrinə ödənilməlidir. Hazırda borcunu ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Tələbkar məhkəmə iclasında bildirdi ki, X5 ona 4490 (dörd min dörd yüz doxsan) manat aliment borcu var və borcundan ödəniş etmir. Məhkəmədən Şəxs Fidayıl oğlunun aliment borcunu ödəməyəcəyi təqdirdə barəsində ağır inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs Fidayıl oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Samux Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli 2(058)-427/2019 nömrəli icra sənədinə əsasən borclu Şəxs Fidayıl oğlundan 4490 (dörd min dörd yüz doxsan) manat alınaraq X1 xeyrinə ödənilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş borcluya təqdim edilmiş, borclunun izahatı alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN №1475937 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Fidayıl oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(058)-68/2019 nömrəli qərardadın surətindən görünür ki, Şəxs Fidayıl oğlunun Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə Şəxs Fidayıl oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs Fidayıl oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü seçilməli və həbsin əvvəli 11 avqust 2023-cü il saat 15:15dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Fidayıl oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 11 avqust 2023-cü il saat 15:15-dən hesablansın. Qərarın icrası Samux Rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar