Məhkəmə qərarları › İş №3(058)-174/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-174/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-174/2024 19.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux Rayon Polis Şöbəsinin DYPX-nin inspektoru polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Goranboy rayonunda doğulmuş, Goranboy rayonu, Faxralı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis Şöbəsi YPX-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis X3 Xidmətindən Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:58-də Şəxs VAZ 2103 minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili Samux rayonu ərzisində alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Onun törətdiyi əməldə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibi olduğundan barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Samux Rayon Polis Şöbəsinin DYPX-nin polis sıravisi X2 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Samux rayonu ərazisində avtomobillə hərəkətdə olan zaman onun idarə etdiyi VAZ 2103 minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, bu zaman sürücüdən alkoqolun qoxusu gəldiyi üçün xüsusi texniki vasitə ilə alkoqollu olub-olmaması yoxlanılmış və onun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Sürücüyə həkim müayinəsindən keçirilməsi təklif olunsa da, Şəxs bundan imtina etmişdir. Ona görə də Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə o, VAZ 2103 minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları tərəfindən xüsusi texniki vasitə ilə onun alkoqollu olubolmaması yoxlanılmış və onun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Halbuki o, spirtli içkini iki gün əvvəl içmişdir. Həmin gün onda spirtli içkinin təsirinin müəyyən edilməsi mümkünsüzdür. Polis əməkdaşları onu alkotester vasitəsilə müayinədən keçirdikdən sonra ondan tibbi müayinədən keçirilməsini tələb edib-etmədiyini soruşduqları zaman o, tibbi müayinədən keçməkdən imtina etsə də, təqribən 3 saat sonra tibb müəssisəsinə gedərək müayinədən keçmiş və müayinə nəticəsində onun alkoqollu olmadığı müəyyən olunmuşdur. Barəsində tərtib edilmiş protoklla razı deyil, ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: xx.xx.2024-cü il tarixli xüsusi texniki vasitə ilə aparılmış müayinənin nəticəsini əks etdirən qəbzdən görünür ki, Şəxs qanda alkoqolun konsentrasiyasının 0.339% promilli olduğu müəyyən edilmişdir. İnzibati orqan tərəfindən məhkəməyə sübut kimi təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilmiş video görüntüdən görünür ki, Şəxs alkoqollu olub-olmamasının müəyyən edilməsi üçün o, xüsusi texniki vasitə ilə müayinədən keçirilir və onda alkoqolun konsentrasiyasının 0, 339% promilli olduğu müəyyən edilir. Polis əməkdaşları tərəfindən Şəxs tibbi müayinədən keçirilməsini tələb edib-etmədiyi soruşulduqda o, tibbi müayinədən keçməsinə zərurət olmadığını bildirir. 18 avqust 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:27-də tibbi müayinədən keçirilmiş və onda alkoqolun konsentrasiyasının 0.000 promil olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə VAZ 2103 minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bu hal iş materiallarında olan inzibati xəta haqqında protokol, xüsusi texniki vasitə ilə aparılanın müayinənin nəticəsini əks etdirən qəbz, məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən tədqiq edilmiş video görünütü ilə öz təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə sübut kimi təqdim etdiyi “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protkolunu Şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman alkoqollu olmamasını təsdiq edən sübut kimi qəbul etmir və qeyd edir ki, Şəxs polis əməkdaşı tərəfindən alkotesterlə müayinədən keçirildikdən 3 saata yaxın müddət sonra tibbi müayinədən keçmişdir və aradan keçən həmin müddətdən sonra onda alkoqolun konsentrasiyasının müəyyən edilməməsinin real mümkünlüyü gözardı edilməməlidir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli Samux Rayon Polis Şöbəsinin DYPX-nin polis sıravisi X2 tərəfindən İXM-nin 333.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. İnizibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat inzibati cərimə edilsin. Qərarın icrası Goranboy rayon İcra Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar