Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-175/2023 30.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 14 avqust 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Samux Rayon Məhkəməsinin 2(058)319/2011 saylı, 21 dekabr 2011-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay hər növ qazancından 60 manat sabit pul məbləğində aliment tutularaq 24 iyul 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 xeyirinə verilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb oluncağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq borcunu ödəməkdən yayınır, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi gəlirlər aşkar edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, onun borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. Borcunu ödəməməsinin səbəbi maddi imkansızlıq olmuşdur. Ona borcundan ödəniş etməsi üçün vaxt verilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən borclu Şəxs icra səndi üzrə borcunu ödəməsi üçün vaxt verilərək məhkəmə iclası növbəti tarixə təxirə salınmışdır. xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasına barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs gəlmədiyindən məhkəmənin həmin tarixdə qəbul olunmuş qərardadı ilə onun məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. Bundan sonra bir neçə dəfə daha barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məcburi gətirilməsi barədə qərardad qəbul olunmuş, lakin sözügedən qərardadlar icra olunmadığından məhkəmənin 03 oktyabr 2023-cü il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilərək iş üzrə icraat dayandırılmışdır. 30 oktyabr 2023-cü il tarixdə Şəxs polis əməkdaşı tərəfindən məhkəməyə gətirilmişdir. 30 oktyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onun məhkəməyə gəlməkdən yayınmaq fikri olmayıb, özü işlədiyi üçün və işdən vaxt tapa bilmədiyi üçün borcundan 200 manat ödənişi atasının vasitəsilə tələbkara ödənilməsi üçün icra məmuruna göndərmişdir. Daha sonra isə məhkəmə iclasına üzürlü səbəbdən gələ bilməmişdir. Hazırda isə işləyir, bundan sonra bütün borcunu və hər ay ödəməli olduğu alimenti ödəyəcək. Barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin borcundan ödəniş edibetməməsi məhkəmə tərəfindən aydınlaşdırılaraq məlum olmuşdur ki, Şəxs məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində icra sənədi üzrə borcundan 200 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)319/2011 saylı, 21 dekabr 2011-ci il tarixli icra sənədinin surətindən görünür ki, Şəxs hər ay hər növ qazancından 60 manat sabit pul məbləğində aliment tutularaq 24 iyul 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 xeyirinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası barədə bildirişlərdən görünür ki, hər bir icra sənədi üzrə borcunu ödəməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədlərini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs borcu vaxtında ödəməməsi və məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə onun İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Şəxs onun xahişi ilə borcunu ödəməsi üçün məhkəmə tərəfindən ona verilən vaxt ərzində borcundan 200 manat ödəməsi ümumilikdə onun qətnamənin icrasından yayınmağa çalışmadığını göstərir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-175/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-175/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver