Məhkəmə qərarları › İş №3(058)-177/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-177/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-177/2025 20.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, X1, Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin inpektoru polis serjantı X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin 29 yanvar 2025-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin 29 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025 il tarixli yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati təmbeh vermə haqqında TP701534 nömrəli qərardan bildirmişdir ki, xx.xx.2025 tarixində saat 16:02-də Samux rayon, Heydər Əliyev prospekti ərazisində “KİA SORENTO” minik markalı **-BV-*** Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vasitəsini idarə edərkən Samux rayon Yol Patrul xidmətinin serjantı X4 **-YP-*** dövlət avtomobillə Kolayır dairəsi adlanan ərazidə dayanaraq xidmət aparan vaxt o, onların yanından ötüb keçdikdən sonra onlar arxası ilə gələrək, Heydər Əliyev parkının qarşısında onu saxladıb əks istiqamətli hərəkət zolağını çıxmaqla ötmə qaydalarını pozduğunu bidirmişlər. Əgər o, ötmə əməliyyatını pozmuşsa xahiş etmişdir ki, video və ya bir görüntü göstərsinlər. Buna görə də 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə nəqliyyat vasitəsinin hərəkəti zamanı ötmə əməliyyatından düzgün istifadə etməməsinə görə Samux rayon Polis şöbəsini DYPB-nın polis mayoru X6 tərəfindən qərar yazılaraq ona 327.2-ci maddəsinə əsasən 100 manat cərimə göndərilmişdir. Samux rayon Polis şöbəsini YPX-nin polis əməkdaşının ona yazdığı cərimə əsassızdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur qalmışdır. DYP-nin əməkdaşları öz vəzifə səlahiyyətlərindən istifadə edərək ona xx.xx.2025-ci tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməklə təqsirli bilmişlər. Bundan sonra ona xx.xx.2025ci il tarixli, TP7015034 nömrəli Yol hərəkəti qaydaları Yol hərəkəti təhlükəsiliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP7015034 nömrəli qərar vermişlər həmin qaydaya əsasən mənə 100 manat cərimə edilmə haqqında tənbeh növü cəzası verilmişdir. Samux rayon Polis şöbəsini DYPB-nm polis mayoru X6 qərar qəbul edərək, onu təqsirli bilməkləri qanunvericiliyin tələblərinə ziddir bunula əlaqədar X6 tərəfindən tərtib edilmiş inzibati tənbeh haqqında qərarla təqsirli bilinməsi əsassızdır. Beləliklə İXM-nin 53.0-cı maddəsinin 53.0.1-ci bəndinə əsasən inziati xəta olmadıqda və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz və icraata isə xitam verilir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 bildirdi ki, o, öz avtomobili ilə Samux yolundan mərkəzə doğru hərəkətdə olarkən ötmə əməliyyatı qadağan olunmuş ərazi olsa da qırıq-qırıq xətt üzərindən ötmə əməliyyatını həyata keçirmişdir. Sonra yol polis inspektoru onu saxlayaraq, ona qanun pozuntusuna yol veridiyini bildirmişdir, Onun barəsində tərtib edilmiş protokol əsassız və qərəzlidir ona görə də 29 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsi dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin inpektoru polis serjantı X4 bildirdi ki, yol hərəkəti haqqında qanunun 51-ci maddəsində qeyd olunmuş 3.20 ötmə qadağandır nişanı təsiri altında X5 ötmə əməliyyatı etmişdir. O, X3 idarə etdiyi avtomobulini saxlayaraq, İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati protokol tərtib etmiş və etdiyi qayda pozuntusunu izah etmişlər. X5 onlarla razılaşmamış, bildirmişdir ki, qırıq-qırıq xətt olduqu üçün ötmə əməliyyatı etmişdir. Yol hərəkəti haqqında qanunda bildirilir ki, əgər yolda qırıq-qırıq xətt olsa belə, ötmə əməliyyatını qadağan edən nişan olduqu üçün qırıq-qırıq xətt qüvvədən düşür. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Belə ki, iş materiallarında olan Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin inpektoru polis serjantı X4 tərəfindən tərtib edilmiş 21 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X5 tərəfindən 21 yanvar 2025-ci il tarixdə, saat 16:02-də Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin polis mayoru X6 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 29 yanvar 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan video görüntüdən görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X3 şikayətində inzibati tənbeh vermə haqqında elektron qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X3 təqsiri təsdiq olunur. Beləliklə də, X3 barəsində tərtib edilmiş 29 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin 29 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin 29 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin 29 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar