Məhkəmə qərarları › İş №3(058)-178/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-178/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-178/2024 02.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızı, X1 “dəymiş ziyanın qarşılanması” tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: X2 “dəymiş ziyanın qarşılanması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi ərizəsində həm onun inzibati tənbeh qaydasında cərimə olunmasını mübahisələndirmiş, digər tərəfdən isə ona vurukmuş ziyanın qarşılanmasını tələb etmişdir. Yəni o, nə inzibati tənbeh vermə haqqqında qərardan şikayət qaydasında şikayət vermiş, nə də mülki iddia qaydasında ərizə ilə məhkəməyə müraciət olunmasına dair qanunvericiliyin tələblərinə uyğun iddia qaldırmışdır. Ona görə də ərizə geri qaytarılmalı, ərizəçiyə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə hüququ və ya mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Şərh olunanları və yuxarıda sadalanan normaları rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 “dəymiş ziyanın qarşılanması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar