Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-179/2024 17.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayоn Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, məhkəmə iclas katibi Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki-Zaqatala regional şöbəsinin baş məsləhətçisi – baş əmək müffətişi X1 iştirakı ilə, Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki-Zaqatala regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki-Zaqatala regional şöbəsinin, baş məsləhətçisi – baş əmək müffətişi X11 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun baxılması Samux Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraatın başlanması üçün səbəb və əsaslar olmuşdur. Belə ki, X14 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki-Zaqatala regional şöbəsinə müraciət edərək, Şəxs MMC tərəfindən X5 və X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məcəlləsinin tələbləri pozulmaqla əmək müqaviləsi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Samux Rayon Məhkəməsinin 22 yanvar 2024-ci il tarixli, 3(058)-13/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan narazı qalan Şəxs direktoru X2 apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(104)-108/2024 saylı qərarı ilə Samux Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 3(058)-13/2024 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki-Zaqatala regional şöbəsinə qaytarılmışdır. Məhkəmə iclasında iştrak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi baş məsləhətçisi – baş əmək müffətişi X7 izahat verərək bildirdi ki, X8 daxil olmuş məlumat əsasında Şəki-Zaqatala regional şöbəsinin əmək müffətişiliyi tərəfindən Zaqatala şəhərində yerləşən Şəxs MMCdə yoxlama aparılmışdır. Yoxlama aparılan zaman Şəxs MMC tərəfindən İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmuş, bununla bağlı inzibati protokol tərtib olunmuş və sözügedən inzibati material baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Samux Rayon Məhkəməsinin 22 yanvar 2024-ci il tarixli, 3(058)-13/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan narazı qalan Şəxs direktoru X2 apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(104)-108/2024 saylı qərarı ilə Samux Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 3(058)-13/2024 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki-Zaqatala regional şöbəsinə qaytarılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən yenidən araşdırılma aparılması məqsədilə X3 və X4 bildiriş gönədilərək onlar X9 Xidməti Şəki-Zaqatala regional şöbəsinə dəvət olunmuş, lakin göndərilmiş bildirişlərin həmin şəxslərə təqdim olunması onların müvafiq ünvanda olmamaları səbəbilə mümkün olmadığından geri qayıtmışdır. Beləliklə iş üzrə heç bir əlavə araşdırma aparılması mümkün olmamış, hüquqi şəxsin əməlində inzibati xətanın olmasını təsdiq edən əlavə sübut əldə olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsinin izahatını dinləyib, daxil olmuş inzibati xəta haqqında sənədləri araşdıraraq qeyd edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsi barədə qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şəki-Zaqatala regional şöbəsinə qaytarıldığı halda sözügedən inzibati oraqn tərəfindən aparılan əlavə araşdırma nəticəsində hüquqi şəxsin əməlində inzibati xətanın olmasına dair hər hansı bir sübutun əldə olunmaması hüquqi şəxsin əməlində inzibati xətanın tərkibinin olmaması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-179/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-179/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver