Məhkəmə qərarları › İş №3(058)-18/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-18/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-18/2023 09.01.2023 SAMUX RAYON MƏKƏMƏSİ X14 Əhməd oğlunun sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Samux Rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Samux rayonu Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 3 (üç) az yaşlı övladı olan, Samux rayon Sərkar kənd tibb məntəqəsində tibb bacısı işləyir, Samux rayin Sərkar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Samux Rayon icra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux Rayon icra və Probasiya Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 09 yanvar 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. X6 26 oktyabr 2021-ci il tarixli 2(104)-2781/2021 saylı icra sənədinə əsasən Şəxs 14100 (on dörd min yüz) manat pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq X2 xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sədədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Samux Rayon icra və Probasiya Şöbəsinin icra məmuru X12 bildirdi ki, Gəncə Apellasiya Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(104)-2781/2021 saylı icra sənədinin icrası ona tapşırılmışdır. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq, o, icradan boyun qaçıraraq icra sənədində göstərilən borcunu tam ödəməmişdir. Buna görə də borclu Şəxs barəsində 09 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə MN № ******* nömrəli protokol tərtib edilmişdir. Yusifova X3 Validə İkram qızına borcundan daimi olaraq ödənişlər edir. Borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, tələbkar X5 olan borcundan ödənişlər edir. Himayəsində 3 (üç) az yaşlı övladı vardır. 27 noyabr 2012-ci il təvəllüdlü X8, 12 iyun 2016-cı il təvəllüdlü X9 və 21 iyul 2022-ci il təvəllüdlü X10. Hal-hazırda o Samux Rayon Sərkar kəndində yerləşən tibb məntəqəsində tibb bacısı içləyir. Aldığı 366 manat əmək haqqının 50 faizi yəni, 183 (bir yüz səksən üç) manat borcundan tutulur. Onun əmək haqqından başqa gəliri yoxdur. Hazırki vaxtadək borcundan 732 manat tutulmuşdur. Qalan borcunu da hissə-hissə ödəcəyinə söz verir. Məhkəmədən onun barəsində başlanılmış iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib, icra işinin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış İnzibati xəta haqqında icraata başlanan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Samux Rayon İcra və Probasiya Şöbəsinin 21 iyul 2022-ci “icrata başlamaq haqqında” qərardan görünür ki, Gəncə Apellasiya Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(104)-2781/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. 20 avqust 2022-ci il tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli BD9 nömrəli ödəniş tapşırığı surətindən görünür ki, Şəxs əmək haqqından hər ay 183,5 (bir yüz səksən üç manat əlli qəpik) manat tutularaq X1 hesabına ödənilir. İşə əlavə edilmiş doğum haqqında AZ-11 918888 saylı şəhatnamənin surətindən görünür ki, X8 xx.xx.2012-ci tarixdə Gəncə şəhərində anadan olmuş, bu barədə Samux rayon Sərkar kənd İƏD-i üzrə icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci tarixdə 10 nömrə ilə qeyd edilmiş, atası X11 , anası Şəxsdır. İşə əlavə edilmiş doğum haqqında AZ-111 797941 saylı şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2016-cı ildə Gəncə şəhərində anadan olmuş, bu barədə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt kitabında xx.xx.2016-cı il tarixdə 3392 nömrə ilə qeyd edilmiş, atası X11 , anası Şəxsdır. İşə əlavə edilmiş doğum haqqında AZ-11 91888 saylı şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci ildə Gəncə şəhərində anadan olmuş, bu barədə Samux rayon Qeydiyyat şöbəsində doğum haqqında akt kitabında xx.xx.2022-ci il tarixdə 154 nömrə ilə qeyd edilmiş, atası X11 , anası Şəxsdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətlərin etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tələblərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəməyə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini məhz üzürsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olunması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmədə Şəxs əməlini səmimi etiraf etməsi məsuliyyəti yüngülləşdirən haldır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 528.1-ci madəssində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar