Məhkəmə qərarları › İş №3(058)-180/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-180/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-180/2024 04.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar "xxxx" X9 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Kəlbəcər rayonunda doğulmuş, ali təhsilli, evli, işləməyən, Kəlbəcər rayonu Vəng kəndində qeydiyyatda olmaqla Samux rayonu İnstitut qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 04 sentyabr 2024-cü il tarixli protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 izahat verərək bildirdi ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-299/2020 saylı, xx.xx.2020-ci il tarixli, 2(040)206/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(040)-339/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(040)-574/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən, borclu Şəxs ümumi borcu 7148.66 manat təşkil edir. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. İcra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüşdür. Bütün bunlara baxmayaraq borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəməyə maddi imkanını olmadığını, hal-hazırda işsiz olmasını, nə vaxtsa işləyəcəyi təqdirdə borcunu ödəyə biləcəyini bildirdi. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi X7 çıxış edərək bildirdi ki, borclu Alıyev X4 Rayon Məhkəməsinin müvafiq icra sənədinə əsasən borcunu ödəməkdən qərəzli şəkildə yayınır. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" X9 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 çıxış edərək bildirdi ki, borclu Alıyev X4 Rayon Məhkəməsinin müvafiq icra sənədinə əsasən borcunu ödəməkdən qərəzli şəkildə yayınır. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Kəlbəcər Rayon Məhkəməsinin 2(040)299/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 4024 (dörd min iyirmi dörd) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq “X13” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətə vaxt verilmişdir. xx.xx.2020-ci il tarixli və xx.xx.2023-cü il tarixli xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədinə əsasən Kəlbəcər Rayon Məhkəməsinin 2(040)299/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətə vaxt verilmiş və ona inzibati məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli təklifin surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-299/2020, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs 6 saylı ərazi Məşğulluq Mərkəzi filialında qeydiyyata alınması təklif olunmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)206/2022 saylı, 02 mart 2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Expressbank” ASC ilə borcalan Şəxs arasında bağlanmış 13 iyul 2021-ci il tarixli 800804-230371/1 saylı kredit müqaviləsinə xitam verilmiş, cavabdeh Şəxs 923,5 manat (doqquz yüz iyirmi üç manat əlli qəpik) əsas borc, 176,86 manat (yüz yetmiş altı manat səksən altı qəpik) faiz borcu olmaqla, cəmi 1100,36 manat (min yüz manat otuz altı qəpik) borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş 31,41 manat (otuz bir manat qırx bir qəpik) dövlət rüsumunun pul əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Kəlbəcər Rayon Məhkəməsinin 2(040)206/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətə vaxt verilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-574/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Şəxs 949,30 manat əsas borc, 184,70 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 1144 (bir min yüz qırx dörd) manat kredit borcu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş 31,44 manat dovlət rüsumunun əvəzi qismində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-574/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətə vaxt verilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-339/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətə vaxt verilmişdir Kəlbəcər Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 809,46 manat əsas, 85.87 manat faiz, 7,16 manat cərimə olmaqla, cəmi 902,49 manat kredit borcu, həmçinin ödənilmiş 30 manat dövlət rüsumun və 0,40 manat xidmət haqqının pul əvəzi tutularaq iddaçı "xxxx" X9 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Şəxs icra sənədlərini icra etməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən "xxxx" X9 Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və borclu Şəxs iştirakı ilə Samux rayonu İnstitut qəsəbəsində yaşayan borclu Şəxs evinə baxış keçirilmiş, borclunun yaşadığı evdə tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Alıyev X4 Rayon Məhkəməsinin 2(040)-299/2020 saylı, xx.xx.2020-ci il tarixli, 2(040)206/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(040)-339/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(040)-574/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə ödəməli olduğu borcu qanunla müəyyən edilmiş könüllü icra müddətində icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Şəxs hərəkəti Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, onu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar