Məhkəmə qərarları › İş №3(058)-185/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-185/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-185/2023 24.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, tələbkar X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Samux rayonunda doğulmuş, natamam orta təhsilli, subay, işləməyən, Samux rayonu Poylu qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Samux Rayon Məhkəməsinin 2(058)-686/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2005-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 100 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq cavabdeh X6 verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb oluncağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq borcunu ödəməkdən yayınır, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi gəlirlər aşkar edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib onun inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, icra sənədi üzrə müəyyən olunmuş aliment borcunu işsiz olması və maddi durumunun zəif olması səbəbilə ödəyə bilməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 izahat verib bildirdi ki, borclu borcunu ödəməkdən qərəzli olaraq yayınır, hazırda onun ödənilməmiş borcu yığılıb. Ona görə də Şəxs barəsində inzibati tənbeh təbiq olunmasını xahiş edir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)686/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin surətindən görünür ki, Şəxs qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat aliment (vəsait) tutularaq xx.xx.2005-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xeyirinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası barədə xx.xx.2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borcunu ödəməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, ona icra sənədini icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Samux Rayon Məhkəməsinin 2(058)686/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə müəyyən olunmuş aliment məbləğini qanunla müəyyən edilmiş könüllü icra müddətində icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Şəxs hərəkəti Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2023-cü il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar