Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-185/2024 25.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirləndirilməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsindən Şəxs müvafiq sənədi olmayan ov tüfəngi aşkar edildiyindən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Samux Rayon Polis şöbəsinə və Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, buna baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlməmişlər və işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişdirlər. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə etibarlı mənbədən daxil olmuş məlumatla bağlı İTB-nin polis nəfəri, polis serjantı Mehman Cəfərov və İTB-nin polis nəfəri, polis baş serjantı Tural Həsənzadə tərəfindən Samux rayon Yenikənd kəndinə həmin kənddə qeydiyyatda olan və yaşayan xx.xx.1988-ci il tarixdə doğulmuş Şəxs müvafiq sənədi olmayan 1 ədəd “Toz” markalı, 2 lüləli, 16 çaplı, 74570-54 nömrəli mülki ov silahı aşkar edilmiş və Şəxs mülki silahla bağlı heç bir sənəd təqdim etmədiyi üçün RPŞ-nə dəvət edərək mülki silahla birlikdə növbətçi hissəyə təhvil vermişlər. xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən verilmiş izahatdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə Samux RPŞ-nin əməkdaşlarının ona yaxınlaşaraq onun sənədsiz ov silahı saxlaması ilə bağlı onlarda məlumat olduğunu bildirmiş, onun razılığı ilə baxış keçirilmiş və babasından qalan Toz” markalı, 2 lüləli, 16 çaplı, 74570-54 nömrəli mülki silahı aşkar olunmuş və o, həmin silahı polis əməkdaşlarına təhvil verdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli mülki silahın təhvil verilməsi barədə aktdan görünür ki, Samux RPŞ-i İTB-nin polis sahə rəsi, polis kapitanı Elcan Bayramov, Samux RPŞ-nin məsul növbətçisi, polis kiçik leytenantı Vüqar Quliyev və İTB-nin baş inspektoru polis mayoru Anar İsmayılovun iştirakı ilə Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə barəsində inzibati icraat aparılan şəxs kimi tanınmış Samux rayon Yenikənd kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1985-ci il tarixdə doğulmuş Şəxs müvafiq sənədi olmayan, öz dəməsinə görə mərhum babasından qalmış 1 ədəd “Toz” markalı, 2 lüləli, 16 çaplı, 74570-54 nömrəli mülki silahı Samux RPŞ-də saxlanılması üçün təhvil verilmişdir. Beləliklə, Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və şəxsin iş materiallarındakı izahatı ilə tam sübuta yetirilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İXM-in 590.2-ci maddəsinə əsasən maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə, silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini nəzərə alaraq ona məxsus silah müsadirə edilməklə 80 manat məbləğində inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat cərimə edilsin. Samux rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd “Toz” markalı, 2 lüləli, 16 çaplı, 74570-54 nömrəli ov tüfəngi müsadirə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-185/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-185/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver