Məhkəmə qərarları › İş №3(058)-189/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-189/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-189/2023 25.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Hüseyn Xilqət oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Samux Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Samux Rayon Polis Şöbəsinin İTB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Samux RPŞ-nin qarşısında ictimai yerdə ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Samux Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 bildirdi ki, X6 xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Samux Rayon Polis Şöbəsinin qarşısında polis əməkdaşı ilə münaqişə edib ictimai qaydanı pozmuş və ploisin qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs özünü İXM-nin 510-cu maddəsinin tələblərinin pozulmasında təqsirli bilərək, izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Samux Rayon Polis Şöbəsinin qarşısına gedərək atasının duracağa yerləşdirilmiş avtomobilindən atasına məxsus əşyaları götürmək istədiklrəini bildirmişlər. Polis əməkdaşı onları çox gözlətdiyindən o, polis əməkdaşına qarşı nalayiq ifadə işlətmiş və buna görə də aralarında münaqişə yaranmışdır. Lakin o, polisin qanuni tələblərindən boyun qaçırmamışdır. Belə ki polis əməkdaşları onu polis şöbəsinə dəvət etmədən kobud şəkildə tutub şöbəyə aparmışlar. İctimai qaydanı pozduğu üçün əməlindən səmimi peşman olduğunu, bir daha belə əmələ yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, adı ona sonradan məlum olan Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində atası ilə birlikdə Samux Rayon Polis Şöbəsinin qarşısına gələrək duaracağa yerləşdirilmiş atasına məxsus avtomobildən atasının əşyalarını götürmək istədiyini bildirmiş, o da onlara gözləməli olduqlarını demişdir. Bundan sonra Şəxs ona qarşı nalayiq ifadə işlətmiş, bu səbəbdən aralarında münaqişə yaranmışdır. Şəxs və atası Nux Aslanov ictimai qaydanı kobud surətdə pozmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, adı ona sonradan məlum olan Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində atası ilə birlikdə Samux Rayon Polis Şöbəsinin qarşısına gələrək duaracağa yerləşdirilmiş atasına məxsus avtomobildən əşyalarını götürmək istədiyini bildirmiş, polis əməkdaşı Zaur Abbasov ona gözləməli olduğunu demiş, daha sonra Şəxs polis əməkdaşı Zaur Abbasovla münaqişə etməyə başlamışdır. Şəxs və atası Nux Aslanov polisin inzibati binasının qarşısında səsküy salaraq ictimai qaydanı kobud surətdə pozmuşlar. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol, şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir, lakin onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Şəxs ümumi qəbul edilmiş birgə yaşayış qaydalarına zidd olaraq başqa şəxslərin dincliyini pozaraq ucadan səs-küy salaraq polis əməkdaşı ilə mübahisə etmiş, bununla da İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlindən səmimi peşman olmasını məhkəmə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əməlindən səmimi peşman olmasını nəzərə alıb inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar