Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-189/2024 10.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 18 sentyabr 2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Samux Rayon Məhkəməsinin 2(058)-958/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə, Samux Rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli və xx.xx.2024 cü il tarxli icra qeydinə əsasən Şəxs 1022.78 manat borcunu ödəmir, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirmişdi ki, onun borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. Borcunu ödəməməsinin səbəbi işsiz olması və maddi cəhətdən imkanının olmaması olmuşdur. Məhkəmə təfərəfindən ona verilmiş vaxt ərzində müəyyən məbləğdə ödəniş etmişdir. Ona borcundan ödəniş etməsi üçün vaxt verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-958/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2022-ci il tarixli ********* nömrəli (nisyə) alqı-satqı müqaviləsi üzrə 299,9 manat əsas, 15 manat cərimə olmaqla cəmi 314,9 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi əvəzi tutularaq "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. Samux Rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, AZ1075, ünvan 1 ünvanında yerləşən Bank Olmayan Kredit X3 Məsuliyyətli Cəmiyyəti/VÖEN:********** xeyrinə ünvan 2i ünvanında qeydiyyatda olan Şəxs (AA*******, xx.xx.2018 Asan-Gəncə: FİN: xxxxxxx, d/t: xx.xx.2002) **********8 nömrəli müqaviləyə əsasən ödənilməmiş 92,40 manat və 54,60 manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 172 manat pul tutulmalıdır. Samux Rayon Notariat ofisinin xx.xx.2024 cü il tarxli icra qeydinin surətindən görünür ki, əsasən AZ1014, Bakı Şəhəri Nəsimi Rayonu, ünvan 3 ünvanında yerləşən X5 Səhmdar Cəmiyyətinin /VÖEN:**********/ xeyrinə ünvan 4i ünvanında qeydiyyatda olan Şəxs (AA*******, xx.xx.2018 Asan-Gəncə, FİN: xxxxxxx, d/t: xx.xx.2002) BUMM2326646B299 nömrəli müqaviləyə əsasən ödənilməmiş 530.88 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 555.88 manat pul tutulmalıdır. xx.xx.2024-cü il tarixli icra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında qərarın surətindən görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-958/2023 saylı, xx.xx.2023-cü il tarixli, Samux Rayon Notariat Ofisinin 8İ-4835 saylı, xx.xx.2023-cü il tarixli, Samux rayon Notariat Ofisinin 8İ-1248 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-958/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətə vaxt verilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Samux Rayon Notariat Ofisinin 8İ-4835 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətə vaxt verilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Samux Rayon Notariat Ofisinin 8İ-1248 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətə vaxt verilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Şəxs Samux Rayon Notariat Ofisinin 8İ-4835 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)- 958/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini təmin etmə məqsədi ilə borclu Şəxs Samux rayonu Qovlarsarı kəndində olan evinə baxış keçirilmiş, borclunun yaşadığı evdə tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Şəxs Samux Rayon Notariat Ofisinin 8İ-1248 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, o, məhəməyə ərizə təqdim edərək barəsində inzibati protokol mövcud olduğunu, borcundan ödəniş etmək üçün ona məhkəmə tərəfindən vaxt verilməsini xahiş etmişdir. Ödəniş qəbzin surətindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə borcundan 60 manat ödəniş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs borcu vaxtında ödəməməsi və məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə onun İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Şəxs xahişi ilə onun icra sənədi üzrə borcundan ödəniş etməsi üçün məhkəmə tərəfindən ona verilən vaxt ərzində borcundan müəyyən məbləğdə ödəniş etməsi ümumilikdə onun icra sənədinin icrasından qərəzli olaraq yayınmadığını göstərir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-189/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-189/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver