Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-190/2024 18.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux Rayon Polis Şöbəsinin polis serjantı X2, qərardan şikayət vermiş şəxs X4 iştirakları ilə, Samux Rayon Polis Şöbəsinin polis mayoru X3 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7, onun İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci, 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 150 manat inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-ci il tarixdə saat 19:18-də Samux rayonu Heydər Əliyev prospekti ərazi dairəsi üzrə Qarayeri qəsəbəsi istiqamətində “Rehault Megane” minik markalı **-SG-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyat vasitəsini idarə edərkən normativ tələb pozulmaqla avadanlığın quraşdırılması, əks itiqamətində hərəkət zolağına çıxmadan manevr etmə hərəkəti qaydalarını pozduğuna görə polis kapitanı X5 tərəfindən qərar yazılıb. Qey etmək istəyir ki, o, minik maşını ilə Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən polis əməkdaşları onu saxlamışlar və ona yaxınlaşaraq maşınında əlavə avadanlıq olduğunu güman etmişlər. O, bunu qəbul əməkdaşı və adını bilmədiyi digər polis əməkdaşı ona bildirmişlər ki, onun maşınında led lampalar var. Sabir adlı polis əməkdaşı onun maşınının işıqlarını yandırıb yoxlamışdır. O, isə onun maşınında quraşdırılmış işıqların nizanamənin tələblərinə uyğun olduğunu, heç bir qanunsuzluq olmadığını bildirmiş və Sabir adlı polis ona cərimə yazacağını bildirəndə o, etiraz edərək yoluna davam etmişdir. Telefonuna 150 manat cərimə olunmağınnan bağlı sms gəldiyini gördükdən sonra o, 102 qaynar xəttinə olanlarla bağlı zəng edib şikayətini bildirsədə heç bir nəticəsi olmamışdır. Samux Rayon prokrorluğuna ərizə ilə müraciət etsədə heç bir nəticə olmamışdır. Samux rayon polis şöbəsinə yaxınlaşaraq qərarı aldıqda 150 manat cərimə olunduğunu görmüşdür. Polis əməkdaşları öz vəzifə səlahiyyyətlərindən istifadə edərək ona xx.xx.2024-cü il tarixdə İXP ******* nömrəli protokol yazmaqla, Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 342.2.2, 327.1.-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli biliblər. xx.xx.2024-cü il tarixli, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan izibati tənbeh vermə haqqında TP ******* nomrəli qərar verilmişdir və həmin qərara əsasən ona 150 manat məbləğində cərimə yazılmışdır. Həmin qərarı Samux rayon polis şöbəsinin əməkdaşı polis mayoru X5 qəbul etsədə, heç bir sübut yoxdur və həmin qərar əsassızdır. Məhkəmə iclasında X7 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Samux Rayon Polis Şöbəsinin polis serjantı X6 bildirdi ki, şikayət əsassızdır. Belə ki, şəxs inzibati tənbeh vermə haqqında qərarda göstərilən inzibati xətalara yol vermişdir. X1 avtomobilində quraşdırılmış işıqların qadağan olunmuş işıq kateqoriyasına aid olmadığını iddia etsə də, onlar bununla bağlı müvafiq mütəxəssis rəyi almışlar və həmin mütəxəssis rəyində də qeyd olunur ki, sözügedən işıq cihazları məhz istifadəsinə icazə verilməyən işıq cihazları kateqoriyasına daxildir. Məhkəmə qərardan şikayət vermiş şəxs X4 və Samux Rayon Polis Şöbəsinin polis serjantı X2 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sübutu tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, polis mayoru X3 xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 İXM-in 342.2.2-ci, 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 150 manat inzibati cərimə edilmişdir. Gəncə “Avtomotoservis və ticarət müəssisəsində mühəndis məsləhətçi ixtisasca mühəndis mexanik E.Q.Quliyev tərəfindən hazırlanmış tövsiyyə xarakterli rəyin surətindən görünür ki, xx.xx.2024-ci il tarixdə, “Rehault Megane” minik markalı **-SG-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyat vasitəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, ön faraların lampaları dəyişdirilmiş, yerinə standartlara uyğun olmayaan gücləndirici “Led” lampalar quraşdırılmışdır. Gücləndirici Led lampaların qarşıdan gələn nəqliyyat vasitələrin hərəkətinə mənfi təsir göstərdiyi və çaşdırdığı qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 şikayətinin dəlilləri əsassızdır. T.Alıyevin barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın əsaslı olması inzibati orqanın məhkəməyə təqdim etdiyi sübutla öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, T.Alıyevin sözügedən qərardan verdiyi şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Samux Rayon Polis Şöbəsinin polis mayoru X3 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-190/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-190/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver