Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-192/2025 19.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Samux şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 07 may 2024-cü il tarixli protokolar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Samux onun yaşşadığı evin qarşısında olan zaman uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux RPŞ-nin polis sahə rəisi, polis leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, həmin protokolu Samux RPŞ-nin CAB-nin əməliyyat müvəkili polis kapitanı İlqar Babayevin raportu əsasında tərtib etmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 08:00 radələrində Samux rayon polis şöbəsinin əməliyyat istintaq qurupunun üzvləri Samux RPŞ-nin təhqiqatçısı polis kapitanı Həsən Qurbanov və Samux RPŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı Mehrab Allahverdili ilə birgə Samux rayon Nəbiağalı qəsəbə sakini Şəxs ilə yaşadığı evin qarşısında küçədə qarşılaşan zaman Babək Ələkbərov içkili vəziyyətdə ünvansız nalayiq ifadələr deyərək ictimai qaydanı pozmuşdur. Onu sakitləşdirməyə çalışsalarda, nizam- intizama dəvət etsələrdə, o, polis əməkdaşlarlnln xahiş və tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Babək Ələkbərovun hərəkətlərinə qanuni qiymət verilməsi üçün RPŞ-yə dəvət edərək növbətçi hissəyə təhvil verilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, həmin gün onun qan təyziqi çox olduğu üçün o, “103” qaynar xəttinə zəng etmiş, lakin həkimlərin gəlməməsinə səbəbi ilə əsəbləşərək yenidən “103” qaynar xəttini yığarkən səhvən “102” qaynar xəttinə zəng etdiyini bildirmişdir. Gözdən əlil olduğu səhvən “103” qaynar xəttinin əvəzinə “102” qaynar xəttini yığdığını bildirdi. Əsəbi və içkili olduğu üçün həkimlərin gəlmədikləriniə görə əsəbləşərək nəlayiq ifadələr işlətmişdir. Hazırda əməlindən çox peşmandır və barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili X4 bildirdi ki, Samux Rayon Polis Şöbəsinin növbətçi hissəsindən daxil olmuş zəng əsasında səhər saat 08:00 radələrində şəxsin “102” qaynar xidmətinin əmkdaşına zəng edərək nəlayiq söyüşlərnən təhqir etdiyini və həmin şəxsin Samux Rayon Polis şöbəsinə izahat verməsi üçün dəvət edilməsini bildirilmişdir. Polis əməkdaşları sözügedən ünvanda olarkən küçədə Şəxs Samux Rayon Polis şöbəsinə dəvət edərək izahatının alınması üçün polis şöbəsinə getməyi təklif etmişlər. Lakin o, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, nizam-intizama dəvət edilsədə, polisin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırmışdır. Bundan sonra polis əməkdaşları onu Samux RPŞ-nə gətirib təhvil vermişlər. Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısı X5 digər Samux Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili X4 ilə eyni məzmunlu izahat verdi. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09:51-də aparılmış müayinə nəticəsində Şəxs sərxoşluq müayinəsindən keçmiş və qanda alkoqolun konsentrasiyasının 0.622 promilli olduğu müəyyən edilmişdir. Şəxs ictimai yerdə polis əməkdaşının haqlı iradına baxmayaraq əsassız mübahisə yaratması və ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi, bu zaman ictimai qaydanın mühafizəsi üzrə öz vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol, özünün etiraf edici ifadəsi və şahidin ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1. maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-192/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-192/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver