Məhkəmə qərarları › İş №3(058)-196/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-196/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-196/2024 30.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X13 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-di il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Samux rayonu, Qarabağlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3.-cü maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 12 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Samux rayonu, Qarabağlar kəndində yaşadığı həyatyanı sahədə formalaşan içməli məişət, tullantı suların boru vasitəsiilə küçədən mövcud olan suarxına axıtdığı müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 bildirdi ki, Samux rayonu, Çobanabdallı kənd bələdiyyəsinin sədri X9 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Qarabağlar kənd sakini Şəxs və digər şəxslər tərəfindən məişət tullantı suların küçəyə axıdılması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfində reyd keçirilmiş, reyd zamanı Şəxs həyatyanı yaşayış evində formalaşan içməli məişət və tullantı sularının plastik boru vasitəsi ilə küçədən keçən arxa axıdılması müəyyən edilmişdir. Həmin fakt üzrə akt tərtib edilərək, müvafiq protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Samux rayonu, Qarabağlar kəndində yaşayır. Yaşadığı kənddə ondan əlavə digər şəxslərdə içməli məişət tullantı sularını həmin küçədən keçən arxa axıdır. O, etdiyi əməli düzgün olmadığını sonradan dərk etdiyi üçün arxa çirkab suyun axıdılmasının qarşısını almış və gələcəkdə belə hərəkətlərə yol verməyəcəkdir. Əməlindən peşmandır. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 85024 nömrəli aktdan görünür ki, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, 0106 və 0107 nömrəli sərəncamı əsasında həmin tarixdə Samux rayonu Çobanabdallı bələddiyəsinin şifahi müraciyəti əsasında Samux rayon Qarabağlar kəndi ərazisində içməli məişət, tullantı suların küçəyə axıdılması ilə bağlı Samux rayonu Çobanabdallı kənd bələdiyyəsinin sədri X4 iştirakı ilə reydlər keçirilmiş, reyd zamanı həmin rayonun Qarabağlar kəndində yaşayan X1, Şəxs, X2 və X6 həyatyanı yaşayış evində formalaşan içməli məişət və tullantı suların plastik boru vasitəilə küçədən keçən arxa axıdıldığı müəyyən edilmişdir. Araşdırma zamanı yaranan içməli məişət texniki və tullantı sularını kənara təyinatsız axıdan şəxslərin Samux rayon Qarabağlar kənd sakinləri X5, Şəxs, X7 və X10 olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs ona məxsus həyətyanı yaşayış sahəsində formalaşan içməli məişət, texniki və tullantı sularını yol kənarında mövcud olan su arxına axıtdığı müəyyən edilmişdir. Bununla da Şəxs tərəfindən İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsi tam şəkildə sübuta yetirilmişdir. Məhkəmədə Şəxs əməlini səmimi etiraf etməsi məsuliyyətini yüngülləşdirən haldır. Şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.2-ci maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, Şəxs inzibati tənbeh kimi cərimə tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1965-di il tarixdə Göygöl rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar