Məhkəmə qərarları › İş №3(058)-197/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-197/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-197/2023 30.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Azərbaycan Respublikası, Samux rayonu Qovlarsarı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Samux rayonu Qovlarsarı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd olunur ki, Şəxs Samux Rayon Məhkəməsinin 2(058)763/2026 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən Şəxs 1548,12 manat əsas borc, 317,94 faiz borcu, cəmi 1866,06 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat tutularaq "xxxx" ASC-nin xeyirinə verilməlidir. Samux Rayon Məhkəməsinin 2(058)426/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1565 manat pul alınaraq iddiaçı X1 verilməlidir. Borcun icrasını təmin etmək məqsədilə Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə və inzibati məsuliyyətə cəlb oluncağı barədə xəbərdarlıqlar olunmasına baxmayaraq borcunu ödəməkdən yayınır, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi gəlirlər aşkar edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, onun xahişi ilə məhkəmə tərəfindən icra sənədləri üzrə borcundan ödəniş etməsi üçün ona verilmiş vaxt ərzində bir icra sənədi üzrə borcundan 100 manat ödəniş etmiş, digər icra səndəi üzrə borcundan isə heç bir ödəniş edə bilməmişdir. Belə ki, işsiz olduğundan və maddi vəziyyətinin aşağı olması səbəbindən digər icra səndəi üzrə heç bir ödəniş etməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)763/2026 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən Şəxs 1548,12 manat əsas borc, 317,94 faiz borcu, cəmi 1866,06 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat tutularaq "xxxx" ASC-nin xeyirinə tutulması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)426/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1565 manat pul alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası barədə xx.xx.2016-cı il tarixli və xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişlərin surətindən görünür ki, icra sənədləri üzrə borcunu ödəməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, ona icra sənədlərinin icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Şəxs məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Samux Rayon Məhkəməsinin 2(058)763/2026 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri və Samux Rayon Məhkəməsinin 2(058)426/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borcu qanunla müəyyən edilmiş könüllü icra müddətində icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xahişi ilə ona borcundan ödəniş etməsi üçün vaxt verilərək məhkəmə iclası təxirə salınmış, lakin o, həmin tarixdə məhkəməyə gəlməmiş, məhkəmənin müvafiq qərarı ilə onun məhkəmə iclasına məcburi gətrilməsi, daha sonra isə barəsində axtarış elan olunması qərara alınmışdır. Barəsində inzibati xəta haqqın iş üzrə icraat aparılan şəxsin məhkəmədən borcunu ödəməsi üçün vaxt istəməsinə baxmayaraq məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində yalnız bir icra sənədi üzrə borcundan az məbləğdə ödəniş etməsi, digər icra sənədi üzrə borcundan isə ümumiyyətlə heç bir ödəniş etməməsi, həmçinin məhkəmə iclaslarına gəlməməsi onun icra sənədi üzrə borclarını ödəməkdən qərəzli şəkildə yayındığını təsdiq edir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs əməli Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar aşkar edilməmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və Şəxs törədilmiş inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar