Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-198/2024 19.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X5 iştirakları ilə, xx.xx.1978-ci ildə Samux rayonunda doğulmuş, orta təhsilli, subay, işləməyən, Samux rayonu Sərkar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X8 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə 19 sentyabr 2024cü il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X8 izahat verərək bildirdi ki, Samux Rayon Məhkəməsinin 2(058)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, Şəxs Samux rayonunda X4 doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 atası olmasının müəyyən edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün sabit pul məbəği ilə 150 (yüz əlli) manat cəmi 450 (dörd yüz əlli) manat aliment cavabdeh Şəxs tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Borclu Şəxs aliment borcunu qərəzli şəkildə ödəmir, yalnız barəsində qanunamüvafiq şəkildə protokol tərtib olunduqda məsuliyyətdən yaxa qurtarmaq üçün müəyyən məbləğdə ödəniş edir, qalan vaxtlarda isə icra sənədinin icrasından boyun qaçırır. Məhkəmə iclasında tələbkar X9 bildirdi ki, uşaqlarını maddi imkansızlıq səbəbilə saxlaya bilmir, borclu alimenti ödəməkdən qərəzli olaraq yayınır, hazırda onun ödənilməmiş 2450 manat aliment borcu var. Şəxs hər dəfə barəsində qanunamüvafiq şəkildə protokol tərtib olunduqda məsuliyyətdən yaxa qurtarmaq üçün müəyyən məbləğdə ödəniş edir, qalan vaxtlarda isə borcunu ödəməkdən boyun qaçırır. Şəxs barəsində inzibati tənbeh təbiq olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, bu gün barəsində inzibati protokol tərtib olunduqdan sonra borcundan 150 manat ödəniş etmək istəmiş, lakin tələbkar razılaşmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Şəxs Samux rayonunda X4 doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 atası olmasının müəyyən edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün sabit pul məbəği ilə 150 (yüz əlli) manat cəmi 450 (dörd yüz əlli) manat aliment cavabdeh Şəxs tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. Xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini təmin etmə məqsədi ilə borclu Şəxs Samux rayonu Sərkar kəndində olan evində tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarın surətindən görünür ki, Samux rayonu Sərkar kənd sakini Şəxs Samux rayon İcra və Probasiya şəbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Samux Rayon Məhkəməsinin 8(058)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, borclu xx.xx.1978-ci ildə anadan olmuş Şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-120/2024 nömrəli icra sənədini tam icra edənədək məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, borclu xx.xx.1978-ci il təvəllüdlü Samux rayonu, Sərkar kəndində anadan olmuş, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Elektron çıxarışdan görünür ki, Şəxs adına heç bir əmlakının olmaması müəyyən edilmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-129/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və özünün ifadəsi ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə müəyyən olunmuş borc məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş, hazırda onun 2450 manat aliment borcu yığılmışdır. İş materiallarında olan məhkəmə qərarın surətindən göründüyü kimi, bundan əvvəl də şəxsin barəsində inzibati protokol tərtib edilərək məhkəməyə verilmiş, Şəxs həmin protokola baxılarkən aliment borcundan müəyyən məbləğdə ödəniş etdiyi üçün məhkəmə onun icra sənədini icra etməməkdə qərəzli olmadığı qənaətinə gələrək həmin inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Hazırda isə müəyyən edilir ki, Şəxs hər dəfə barəsində inzibati qaydada protokol tərtib edildikdən sonra aliment borcundan ödəniş etməyə cəhd göstərir, ona görə də bu hal məhkəmə tərəfindən onun məsuliyyətdən yaxa qurtarma cəhdi kimi qiymətlənirilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X8 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 15:20-dən hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-198/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-198/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver