Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-199/2023 09.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux Rayon Polis X5 Patrul Xidmətinin inspektoru, polis serjantı X1 və qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası Samux RPŞ-nin 13 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 onun İnzibati Xətalar Məcəlləsinin 329.1, 342.2.2 və 342.2.3-cü- maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə görə 150 manat inzibati cərimə olunması barədə 13 sentyabr 2023-cü il tarixli, TP ******* saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Samux rayonu Heydər Əliyev prospekti ərazisində yol polisi əməkdaşları tərəfindən idarə etdiyi VAZ 21214 markalı, 99TU402 dövlət qeydiyyat nişanlı avtomobili heç bir qayda pozuntusu etmədiyi halda saxlanılmışdır. Onlardan avtomobilini saxlamalarının səbəbini soruşduqda ona bildirmişlər ki, guya maşının arxası aşağı endirilmişdir. O, maşının arxasının, arxadakı yükün ağır olması səbəbindən aşağı düşdüyünü bildirmişdir. Polis əməkdaşı maşının arxasına baxıb görmüşdür ki, həqiqətən də maşının arxasında yük çoxdur və təkərdəki “purjunlar” kəsik deyil, buna görə də söz tapa bilməyib maşının ön tərəfinə keçmiş və bildirmişdir ki, faralar maşına uyğun deyil. Lakin onun dediyi əsassızdır, çünki o, maşınına heç bir dəyişiklik etməyib. Ona görə də barəsində tərtib edilmiş inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən, qərardan şikayət vermiş şəxs X3 şikayətində yazdıqlarına uyğun izahat verərək bildirdi ki, barəsində tərtib edilmiş 13 sentyabr 2023cü il tarixli, TP ******* saylı qərar əassızdır, ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Samux Rayon Polis X5 Patrul Xidmətinin inspektoru, polis serjantı X4 izahat verərək bildirdi ki, şikayət əsassızdır. Belə ki, sözügedən avtomobili konstruksiya dəyişikliyi olduğu üçün saxlamışlar, belə ki, avtomobilin faraları həmin avtomobilə uyğun olmamış, həmçinin avtomobilin arxa tərəfi aşağı endirilmişdir. Ona görə də, həmin avtomobil duracağa yerləşdirilərək əvvəlki vəziyyətinə gətirilmiş və S.Əliyev barəsində qanunamüvafiq olaraq inzibati protokol tərtib olunmuşdur. Şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri və video görüntünü tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, 13 sentyabr 2023-cü il tarixli, TP ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 13 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 İXM-nin 329.1, 342.2.2 və 342.2.3-cü- maddələri nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə 150 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə “Avtoservis və ticarət” müəssisəsi tərəfindən verilmiş rəydən görünür ki, VAZ 21214 Niva markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi nəticəsində avtomobilin zavod konstruksiya-layihələndirilmə quruluşuna müdaxilə olunduğu, ön faraların dəyişdirilərək istehsalçının nəzərdə tutduğu model əvəzinə böyüdücü faralar quraşdırıldığı, həmçinin ön şinlərin müdaxilə nəticəsindən öz yuvasından qırağa çıxdığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə və 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə- yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 idarə etdiyi avtomobildə konstruksiya dəyişiklikləri olmuşdur. Belə ki, avtomobilin ön faraları istehsalçının nəzərdə tutduğu modeldən fərqli olmuş, həmçinin müdaxilə nəticəsində ön şinlər öz standart yuvasından qırağa çıxmışdır. Beləliklə S.Əliyev İXM-in 342.2.2 və 342.2.3-cü- maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt qəbul edilmiş qərarla, iş materiallarında olan mütəxəssis rəyi və video-görüntü ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Samux Rayon Polis Şöbəsinin 13 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-199/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-199/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver