Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-199/2024 04.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, X1 və Samux Rayon Yol Patrul Xidməti İnspektoru Polis serjantı X4 iştirakları ilə, X1 Samux Rayon Dövlət Yol Polisi tərəfindən çıxarılmış inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq m ü ə y y ə n e t d i: X5, Samux Rayon Dövlət Yol Polisi tərəfindən onun barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək sözügedən qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-ci il tarixdə saat 11:31-də Samux rayonu Heydər Əliyev prospektində hərəkətdə olarkən Qaz 3110 minik markalı **- BR-*** dövlət qeydiyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən konstruksiyanın digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrinin istismarı, dövlət qeydiyyat nişanlardan birinin olmamasına görə Samux Rayon Yol Patrul Xidməti İnspektoru Polis serjantı X6 tərəfindən onun barəsində qərar yazılıb. O, Samux şəhəri Heydər Əliyev prospektində hərəkətdə olarkən polis serjantı X6 və adını bilmədiyi polis əməkdaşı hərəkətdə olduğu zaman onu saxlayaraq, yaxınlaşıb bildirmişdilər ki, bufersiz nəqliyyat vasitəsini idarə etmək olmaz, və onun cəriməsi var. Maşına cərimə təbiq etmək əvəzinə ondan avtomobilini cərimə meydancasına sürməyini təkidlə tələb etmişlər və onun avtomobilinə polis sejantı Rufan Məmmədov əyləşərək maşını Samux Rayon Polis Şöbəsində cərimə meydançasına sürməyini tələb etmiş və o, avtomobili polis şöbəsinə sürərək aparmışdır. Orda ona bildirmişdilər ki, 150 manat cəriməsi var. O, polis əməkdaşlarına bildirmişdi ki, cəriməni tətdbiq edin gedim. Cəriməni tətbiq edəndən sonra görmüşdü ki, sənətdə 50 manat qeyd olunub. Polis əməkdaşları ona bildirmişdi ki, özün get avtomobilin burda qalacaq. Nə vaxt ki, buferi gətirib burada bağlaycaqsan ondan sonra maşını apara bilərsən. O, polis əməkaşlarına bildirmişdi ki, onun maşınını cərimə meydançasına aparmaq və orada saxlamaqları qanunsuzdur. Ona bildirmişlər ki, bizlik bir işin yoxdursa şikayətini məhkəməyə edə bilərsən. Polis əməkdaşları öz vəzifə səlahiyyyətlərindən istifadə edərək, Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 342.5.-ci və 342.1.3.-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirlidirlər. Bundan sonra xx.xx.2024-cü il tarixli, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan izibati tənbeh haqqında 50 manat məbləğində cərimə edilmişdir. Həmin qərar Samux rayon polis şöbəsinin əməkdaşı Yol Patrul Xidməti İnspektoru Polis serjantı X6 qəbul etmişdir. Həmin qərar qeyri-qanuni və əsassızdır. Belə ki, onun Samux Rayon Heydər Əliyev prospektində olarkən polis əməkdaşlarının onu saxlayıb inzibati xəta törətməkdə təqsirli bilinməsi qanunvericiliyin tələblərinə ziddir. Bununla əlaqədər heç bir sübut yoxdur. Bu səbəbdən onun inzibati xəta törətmədiyi halda Sanux Rayon Polis serjantı X6 tərəfindən tərtib edilmiş qərarla inzibati tənbeh haqqında qərarla təqsirli bilinməsi əsassızdır. Məhkəmə iclasında iştirak edən X5 şikayət ərizəsində göstərilənlərə tamamən zidd izahat verərək bildirdi ki, o, barəsində qəbul edilmiş sözügedən inzibati təbeh vermə haqqında qərardan şikayətçi deyil, həmin qərarla ona təyin olunmuş inzibati cərimə növündə tənbehdən dən heç bir narazılğı yoxdur, sadəcə olaraq məqsədi avtomobilini cərimə meydançasından çıxarmaq olmuşdur. Barəsində olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini tələb etmir. Məhkəmə iclasında iştirak edən Samux Rayon Yol Patrul Xidməti İnspektoru Polis serjantı X6 izahat verərək bildirdi ki, şəxs əsaslı olaraq inzibati məsuliyyətə cəlb edilmiş və barəsində cərimə inzibati tənbehi tətbiq olunmuşdur. Avtomobili isə cərimə meydançasından evakuator vasitəsi ilə çıxararaq təmirə apara bilər. Məhkəmə hesab edir ki, X5 onun barəsində Samux Rayon Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan şikayətçi olmadığından və həmin qərarın ləğvini tələb etmədiyindən şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Samux Rayon Dövlət Yol Polisi tərəfindən onun barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-199/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-199/2024
04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver