Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-2/2025 16.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Samux Rayon İcra və Probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Samux rayonunda doğulmuş, orta təhsilli, evli, işləməyən, Samux rayonu Qarayeri kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 17 oktyabr 2024-cü il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Samux Rayon İcra və Probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri X3 oğlu izahat verərək bildirdi ki, Samux Rayon Məhkəməsinin 2(058)-814/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, Şəxs Samux rayonunda X1 doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər növ qazancından sabit pul məbəği ilə 150 (yüz əlli) manat aliment Şəxs tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Hazırda borclu Şəxs həmin icra sənədi üzrə 2000 manat aliment borcu var. Həmçinin alimenti hər ay vaxtında ödəmir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, məhkəmə tərəfindən ona verilən vaxt ərzində borcundan 300 manat ödəniş etmiş, növbəti məhkəmə iclasının vaxtı barədə məlumatı olmadığından məhkəməyə gəlməmişdir. Məhkəmə tərəfindən barəsində axtarış elan olunduğundan məlumatı olmamış, hazırda polis tərəfindən məhkəməyə gətirilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-814/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 31 dekabr 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay, hər növ qazancından 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməlidir. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, 2(058)-814/2021 saylı,xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs Samux Rayon Məhkəməsinin icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. 2021-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. Samux Rayon Məhkəməsinin 8(058)-124/2024 saylı qərardadının sürətindən görünür ki,Şəxs icra sənədi üzrə borcunu tam ödəyənədək Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-814/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini təmin etmə məqsədi ilə borclu Şəxs Samux rayonu Qarayeri qəsəbəsində olan evinə baxış keçirilmiş,X2 atası Şəxs ilə birgə yaşaması müəyyən edilmişdir. 2023-cü il tarixli xəbərdarlıqların surətindən görünür ki,Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixli aktların surətindən görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-814/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini təmin etmə məqsədi ilə borclu Şəxs Samux rayonu Qarayeri qəsəbəsində olan evinə baxış keçirilmiş, borclunun yaşadığı evdə tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Samux rayonu Qarayeri qəsəbə sakini Şəxs Samux Rayon Məhsəməsinin inzibati binasında keçiriləcək məhkəmə iclasına məcburi qaydada gətirilməsi qərara alınmışdır. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Elektron portaldan çıxarışdan görünür ki, Şəxs adına heç bir əmlakının olmaması müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-814/2021 saylı,xx.xx.2021-ci il il tarixli icra sənədi üzrə müəyyən olunmuş borc məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş, hazırda onun 2000 manat aliment borcu yığılmışdır. Şəxs onun xahişi ilə icra sənədi üzrə borcundan ödəniş etməsi üçün vaxt verilərək təyin edilmiş növbəti məhkəmə iclasına gəlməmiş, onun barəsində məcburi gətirmə qərarı qəbul edilmiş, daha sonra isə barəsində axtarış elan olunmuş, hazırda məhkəməyə polis vasitəsilə gətirilmişdir. Bu hallar onun aliment borcunu ödəməkdən qərəzli şəkildə yayındığını sübut edir. Samux Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki X.Əsgərovu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-2/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-2/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver