Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-20/2023 31.01.2023 SAMUX RAYON MƏKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon Qarayeri qəsəbə sakini Şəxs Kür sahilində yerləşən zincirli meşədə müvafiq sənədi olmayan bir ədəd İİ markalı 12 çaplı, K-09357 nömrəli iki lülə ov tüfəngi aşkar edilmiş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Samux Rayon Polis şöbəsinin nümayəndəsi və Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlməmişlər və yaxud işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişdirlər. İşə əlavə edilmiş MN ******* saylı, 01 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan, ona əlavə olunmuş xx.xx.2023-cü il tarixli raportdan, həmin tarixli aktdan və izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11:44 radələrində xidmət aparan zaman polis nəfəri polis serjantı Yusif Qurbanovla və polis nəfəri polis siravisi Şəhliyar Qarayevlə birlikdə 3 nəfər şəxsin ov tufəngi ilə hərəkət etdiyini aşkar etmişlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və Samux RPŞ-nə dəvət edib növbətci hissəyə gətirib təhvil vermişlər. Şəxs könüllü olaraq sənədi olmayan bir ədəd İİ markalı 12 çaplı, K-09357 nömrəli iki lülə ov tüfəngi təhvil vermiş, sonrada polis şöbəsində bu barədə sənədləşmə aparılmışdır. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokoldan və izahatdan göründüyü kimi Şəxs öz əməlini etiraf etmişdir. Beləliklə, Şəxs İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan digər sübutlarla tam sübuta yetirildi. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs İXM-in 32-ci maddəsinə əsasən əməlindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsulliyyəti i ağırlaşdıran hallar aşkar etmədi. İXM-in 590.2-ci maddəsinə əsasən maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə, silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat cərimə edilsin. Samux rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd bir ədəd İİ markalı 12 çaplı, K-09357 nömrəli iki lülə ov tüfəngi müsadirə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-20/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-20/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver