Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-200/2024 23.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Samux rayonunda doğulmuş, orta təhsilli, subay, işləməyən, Samux rayonu Sərkar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 23 sentyabr 2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux RPŞ-nin polis sahə rəisi, polis leytenantı X4 izahat verərək bildirdi ki, inzibati protokolu Samux RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı İlkin Rzayevin raportu əsasında tərtib etmişdir. Belə ki, polis əməkdaşları İlkin Rzayev və Şəhriyar Qarayev xx.xx.2024-cü il tarixdə, təxminən saat 00:30 radələrində xidmətdə olan zaman radio stansiya vasitəsi ilə növbətçi hissə onlara daxil olmuş şikayətə əsasən Samux rayonu Sərkar kəndinə yaxınlaşmaları bildirilmişdir. Onlar həmin ünvana getmiş, adı sonradan onlara məlum olan Şəxs atası onlara oğlu tərəfindən döyüldüyünü, ona görə də DİX-nin 102 qaynar xətti vasitəsilə məlumat verdiyini bildirmişdir. Polis əməkdaşları sözügedən ünvanda olarkən evdə mübahisənin davm etməsinin şahidi olmuşlar və bu səbəbdən də onlar Şəxs nizam-intizama dəvət edərək izahatının alınması üçün polis şöbəsinə getməyi təklif etmişlər. Lakin Şəxs mübahisəyə davam edərək bu dəfə polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, polisə qarşı fiziki güc tətbiq etmiş, polisin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırmışdır. Bundan sonra polis əməkdaşları onu Samux RPŞ-nə gətirib təhvil vermişlər. Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclas zalında məhkəməyə arxasını çevirərək ifadə verməkdən imtina etmiş, ona dəfələrlə məhkəmə iclasındakı qaydalar izah olunsa da qaydalara riayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux RPŞ-nin TQ-nun baş təhqiqatçısı, polis kapitanı X2 ifadə verərək bildir ki, o, xidmətdə olan zaman sentyabrın 21dən 22-nə keçen gece Samux rayonu Sərkar kənd sakini, adı sonradan ona məlum olan Şəxs atası Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq oğlu Şəxs tərəfindən döyülməsi ilə bağlı məlumat vermiş, həmin şikayətə əsasən digər polis əməkdaşı ilə sözügedən ünvana getmiş və münaqişənin davam etdiyini müəyyən etmişlər. Bu səbəbdən Şəxs izahatını almaq məqsədi ilə onu polis şöbəsinə dəvət etmişlər, lakin Şəxs səs küy salaraq polisə qarşı nalayiq ifadələr işlətmiş, fiziki güc tətbiq etmiş, onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə tabe olmamışıdr. Onlar məcbur qalıb əlavə kömək çağırmışlar və şəxsi Samux RPŞ-nə təhvil vermişlər. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi şahid ifadəsi, barəsində tərtib edilmiş protokol və raportla öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:35-də inzibati qaydada tutulmuşdur. Elektron çıxarışdan görünür ki, Şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkil istəmədiyini bildirsə də bununla bağlı ərizəyə imza etməkdən imtina etmiş və həmin aktın doğruluğu iştirakçılar tərəfindən imza ilə təsdiq olunmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İnzibati xətaya görə məsuliyyəti istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən məhkəmə iclasındakı davranış tərzini nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 00:35-dən hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-200/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-200/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver