Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-202/2023 19.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Samux rayon X8 şöbəsinin inspektoru polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdi: X1 rayon X8 şöbəsinin inspektoru polis serjantı X4 tərəfindən xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında tərtib edilmiş protokolun ləğv edilməsi barədə şikayət ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, O, xx.xx.2023-cü il tarixdə saat 12:20 radələrində Samux rayonu YPX-nin inspektoru X4 və digər Elgün adlı əməkdaş idarə etdiyi “Opel Vectra” minik markalı **-KM-*** dövlət qeydiyyat nömrəli avtomobilini heç bir qayda pozuntusu etmədiyi halda saxlamışlar. Polis serjantı Zaur Abbasov ona bildirmişdir ki, onun spirtli içki qəbul edib etməməyini yoxlayacaq, o, etiraz etməmişdir. Onlar aparatı yaxınlaşdırmaq əvəzinə öz xidməti maşınlarına aparmışlar və onu xidməti maşınında arxada otuzdurmuşlar. Onlar xidməti avtomobilinin yan şüşələrini bağlamışlar və avtomobilin içərisindən spirt iyi gəlir təxminən 15 dəqiqəyə yaxın söybət etmişlər. Bu müddətdə o, spirtli havanı qəbul etmək məcburiyyətində olmuş sonra isə alkotester yaxınlaşdırıb içki qəbul etdiyini bildirmişlər. O, həqiqətən sipirtli içki qəbul etmədiyini bildirmiş və bildirmişlər ki, idarə etdiyi avtomobili yol polisinin xidməti avtomobilinin arxası ilə sürək ki, komera çəkilişi aparılsın və ona xəbərdarlıq yazıb buraxacaqlarını bildirmişlər. O, tələsdiyi üçün onların dediyi ilə razılaşmış sonradan məlum olmuşdur ki, onu aldadırlar və avtomobili saxlayaraq Gəncə şəhərinə getmiş Gəncə şəhər narkoloji dispanserdə yoxlanmış analiz vermiş və sərxoş olmadığı barədə tibbi müayinə arayışı almış və sürətini gətirib yol polis əməkdaşlarına təqdim etmiş və əhəmiyyət verməmişlər protokola isə imza etməmişdir. Yol polis əməkdaşlarından protokolun sürətini isdəmiş onlar isə verməmişlər nəhayət təkid tələbindən sonra inzibati xəta haqqında protokolun İXP ******* xx.xx.2023-cü il tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddəllərində nəzərdə tutulmuş inzibati xətaları törətməmiş və polis işçilərindən həmin maddələrlə əlaqədar heç bir maddi sübut ola bilməz. Belə ki, o avtomobili idarə edən zaman kəməri taxılı vəziyyətdə olub əgər polislərdə belə bir fakt varsa fotoşəkilləri təqdim edərdilər. Bundan əlavə bildirir ki, avtomobili idarə edən zaman tamamı ilə ayıq vəziyyətdə olmuşdur əgər sərxoş idisə özü tələb etdiyi halda 102 xidmətinə zəng vurduğu halda hansı səbəbə həkim müayinəsində keçirilməmiş hakim rəyi olmadığı halda hansı səbəbə görə ona İnzibati Xətalar Məcəlləsinin 333.1 maddəsində təqsirli bilinmişdir. Həkimin rəyi əsasında onun sərxoşluğu sübut edən adio video çəkilişləri yoxdur protokol ona qeyri qərəzli şəkildə yazılıb o, şikayət etdiyi üçün özlərini qeyri qanunu əməllərinə haqq qazandırmaq üçün barəsində belə bir protokol tərtib etmişlərdir. İnzibati Xəta törətməklə heç bir sübut yoxdur ona yol polis əməkdaşlarının barəsində protokolu öz şəxsi qərəzləri əsasında hazırlamışlar. Samux rayon X8 şöbəsinin inspektoru polis serjantı X4 tərəfindən xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında tərtib edilmiş protokolun ləğv edilməsini xahiş etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi inzibati xəta haqqında protokol inzibati tənbeh verilməsini nəzərdə tutmur, yalnız ehtimal olunan inzibati xəta faktının sənədləşdirilməsindən ibarət olmaqla gələcəkdə inzibati xəta haqqında işə baxılarkən sübut növü kimi istifadə olunur. İnzibati Xətalar Məcəlləsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir (İXM-nin 124.2-124.4-cü maddələri). X2 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu protokol əsasında qəbul ediləcək qərarla razılaşmadığı halda ərizəçinin həmin qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə müraciət etmək hüququ yaranacaqdır. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Ərizəçi qanunda nəzərdə tutulduğu kimi inzibati tənbeh vermə haqqında qərarın yox, heç bir inzibati tənbeh tətbiq etməyən protokolun ləğv edilməsi barədə ərizə vermişdir. İnzibati Xətalar Məcəlləsində protokoldan şikayətin verilməsi və ya protokolun ləğv edilməsi nəzərdə tutulmadığından bu şikayətə baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Samux rayon X8 şöbəsinin inspektoru polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-202/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-202/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver