Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-207/2024 18.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Əmlak Məsələri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin 19 may 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X5 Əmlak Məsələri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin müdiri X2 tərəfindən qəbul olunmuş 19 may 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərardan X5 şikayət verərək qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qərardan şikayət verən şəxsə və inzibati oraqna rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 rayonu ərazisində qeydiyyatda deyil və onun tərəfindən verilmiş şikayət icraata götürülərkən bu hal nəzərdən yayınmışdır. Odur ki, şikayət və ona əlavə olunmuş materiallar İ.Mahmudova geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Əmlak Məsələri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin müdiri X2 tərəfindən qəbul olunmuş 19 may 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-207/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-207/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver