Məhkəmə qərarları › İş №3(058)-210/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-210/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-210/2024 07.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X14 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Samux rayonu, Qırmızı Samux kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Samux rayonu, Qırmızı Samux kəndində qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Samux rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş 07 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında toplanmış material məhkəməyə daxil olmuşdur. Goranboy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(045)-1745/2018 nömrəli icra sənədinə əsasən borclu Şəxs 1850 manat borc və 150 manat maddi ziyan ümumi 2000 manat pul tutularaq, tələbkar X3 xeyrinə, Gəncə Apellasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-4265/2018 nömrəli icra sənədinə əsasən Şəxsn dana ətinin dəyəri üzrə 5643 manat, vəkilin göstərdiyi yardıma görə 215 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla cəmi 5888 manat alınıb X5 xeyrinə, Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(058)-850/2020 nömrəli icra sənədinə əsasən borclu Şəxs borca görə 1390 manat və 30 manat ödənilmiş dövlət rüsumuna görə cəmi 1420 manat alınaraq tələbkar X2 xeyrinə, Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(058)-796/2021 nömrəli icra sənədinə əsasən borclu Şəxs borca görə 1900 manat və 30 manat ödənilmiş dövlət rüsumuna görə cəmi 1930 manat alınaraq tələbkar Əliyev Yavər Hicran oğlunun xeyrinə, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)- 50/2022 nömrəli icra sənədinə əsasən borclu Şəxs hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq 06 noyabr 2017-ci il tarixdə anadan olmuş X7 və 02 iyun 2019-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı X4 xeyrinə verilməsi, Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(058)-795/2021 nömrəli icra sənədinə əsasən borclu Şəxs borca görə 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumuna görə cəmi 1030 manat alınaraq, tələbkar X1 xeyrinə verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, icra sənədlərinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 bildirdi ki, borclu Şəxs barəsində Samux rayon İcra və Probasiya şöbəsində 6 icra işi olmaqla ayrı-ayrı vətəndaşlara və aliment borcu olaraq cəmi 11500 manat borcu yaranmışdır. Şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(058)-50/2024 nömrəli qərarı ilə inzibati tənbeh almasına baxmayaraq, təkrar olaraq inzibati xətanı törətmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilsə də, hazırkı vaxtadək olan borcunda qərəzli olaraq ödəniş etməmişdir. Borclu Borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, heç bir yerdə işləmədiyi üçün ayrı ayrı vətəndaşlara olan borcunu və 5600 manat aliment borcunu ödəyə bilməmişdir. Ona vaxt verilsə vətəndaşlara olan borcundan və aliment borcundan hissə-hissə ödəniş edə bilər. Məhkəmədən barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Goranboy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(045)-1745/2018 nömrəli icra sənədinə əsasən borclu Şəxs 1850 manat borc və 150 manat maddi ziyan ümumi 2000 manat pul tutularaq, tələbkar X3 xeyrinə, Gəncə Apellasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-4265/2018 nömrəli icra sənədinə əsasən Şəxsn dana ətinin dəyəri üzrə 5643 manat, vəkilin göstərdiyi yardıma görə 215 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla cəmi 5888 manat alınıb X5 xeyrinə, Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(058)-850/2020 nömrəli icra sənədinə əsasən borclu Şəxs borca görə 1390 manat və 30 manat ödənilmiş dövlət rüsumuna görə cəmi 1420 manat alınaraq tələbkar X2 xeyrinə, Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(058)-796/2021 nömrəli icra sənədinə əsasən borclu Şəxs borca görə 1900 manat və 30 manat ödənilmiş dövlət rüsumuna görə cəmi 1930 manat alınaraq tələbkar Əliyev Yavər Hicran oğlunun xeyrinə, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-50/2022 nömrəli icra sənədinə əsasən borclu Şəxs hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq 06 noyabr 2017-ci il tarixdə anadan olmuş X7 və 02 iyun 2019-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı X4 xeyrinə verilməsi, Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(058)-795/2021 nömrəli icra sənədinə əsasən borclu Şəxs borca görə 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumuna görə cəmi 1030 manat alınaraq tələbkar X1 xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, icra sənədləri üzrə xx.xx.2021-ci il tarixdə icra sənədlərinin bir icrrata birləşdirilməsi qərar qəbul edilmişdir, “tələbin könüllü icrası haqqında” bildirişlər borcluya təqdim edilmiş, borclunun izahatı alınmışdır. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(058)-50/2024 nömrəli qərarı ilə Şəxs 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati həbs edilmışdır. İş materiallarına əlavə edilmiş 07 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi cəzanı ağırlaşdıran haldır. Şəxs Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü seçilməli və həbsin əvvəli 07 oktyabr 2024-cü il saat 15:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş gün) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 07 oktyabr 2024-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Samux rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar