Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-216/2023 14.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1, Samux Rayon Polis Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X2 iştirakı ilə, Samux RPŞ-nin polis mayoru X3 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 onun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 80 manat inzibati cərimə olunması barədə xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 07:30-da Samux rayon, Qarayeri kəndi ərazisində VAZ 21013 minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təhlükasizlik kəmərinin bağlamıdığına görə cərimə edilmişdir. Polis əməkdaşı X5 tərəfindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Halbuki həmin tarixdə və həmin ərazidə o polis əməkdaşları ilə rastlaşmayıb, nə də ki, onu qayda pozuntusuna görə saxlamayıblar. Barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini xx.xx.2023-cü il tarixdə poçt vasitləsilə qərar ona təqdim olunduğu zaman bilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol əsassızdır. Ona görə də, Samux RPŞ DYP tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X4 izahat verərək bildirdi ki, polis əməkdaşı onu təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlamışdır, lakin onun barəsində tərtib edilmiş protokolda onun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 329.1-ci maddələrinin tələblərini pozduğu qeyd olunmuşdur. O, təhlükəsizlik kəmərindən istifadə edib, yolda manevr etmə qaydalaraını isə pozmayıb. Ona görə də hesab edir ki, onun barəsində tərtib edilmiş xx.xx.20232-cü il tarixli TP ******* saylı qərar əsassızdır və qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs X5 bildirdi ki, X4 təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə və yol hərəkəti qaydalarını pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun həmin inzibati xətanı törətməsi məhkəməyə təqdim olunmuş video görüntüdə öz təsdqini tapır. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 və protokol tərtib etmiş şəxs X2 izahatlarını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri və məhkəməyə təqdim olunmuş video görününü tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.20232-cü il tarixli TP ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 İXM-in 327.2-ci və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə 80 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş video görüntüdən görünür ki, X4 yol hərəkət qaydalarını pozmuş və bu səbəbdən polis əməkdaşı tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 təhlükəsizlik kəmərindən istifadə və yolda manevr etmə qaydalarının pozduğuna görə İXM-in 327.2 və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bu fakt tərtib olunmuş inzibati protokol və məhkəməyə təqdim edilmiş video görüntü ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Samux RPŞ-nin polis mayoru X3 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-216/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-216/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver