Məhkəmə qərarları › İş №3(058)-216/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-216/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-216/2025 10.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Samux Rayon Statistika İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “30 nömrəli yol istismarı“ MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Avtomobil Yolları X7 Hüquqi şəxs «30 nömrəli yol istismarı“ MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Samux rayon Statistika İdarəsi tərəfindən Azərbaycan Avtomobil Yolları X7 Hüquqi şəxs «30 nömrəli yol istismarı“ MMC-nin barəsində İXM-nin 389-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokola əsasən müəyyən olunur ki, Azərbaycan Avtomobil Yolları X7 Hüquqi şəxs «30 nömrəli yol istismarı“ MMC tərəfindən 2025-ci ilin yanvar ayı üçün 4 əmək (aylıq) rəsmi statistika hesabatının təyin olunmuş müddətdə (2025-ci il tarix 15 fevral tarixədək) təqdim edilməmişdir. Nəticədə, Azərbaycan Avtomobil Yolları X7 Hüquqi şəxs «30 nömrəli yol istismarı“ MMC tərəfindən İXM-in 389-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Samux Rayon Statistika İdarəsinin nümayəndəsi X3 bildirdi ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Samux Rayon Statistika İdarəsinə rəsmi qaydada iş planı təqdim edilmiş və həmin plan üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “30 nömrəli yol istismarı“ MMC 2025-ci ilin yanvar ayı üçün 4 əmək (aylıq) rəsmi statistika hesabatının təyin olunmuş müddətdə (2025-ci il tarix 15 fevral tarixədək) təqdim edilməmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “30 nömrəli yol istismarı“ MMC-nin nümayəndəsi X4 bildirdi ki, protokolla razıdır, hesabatı hüquqi şəxs tərəfindən 15 fevral 2025ci il tarixədək təqdim olduğu halda həmin gün elektron sistemdə problemlər olduğu üçün hesabatın təqdim edilməsi mümkün olmamış, onna sonrakı günlər isə şənbə və bazar yeni qeyri-iş günləri olduğundan hesabatın təqdim edilməsi 17 fevral 2025-ci il tarixdə mümkün olmuşdur. Dolayısı ilə hesabatın təqdim edilməsi gecikmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, “Azərbaycan Avtomobil Yolları X7 Hüquqi şəxs «30 nömrəli yol istismarı” MMC tərəfindən İXM-in 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, “Rəsmi Statistika haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Həmin Qanunun 27-ci bəndinə əsasən rəsmi statistika materiallarının istehsalı üçün zəruri olan məlumatların təqdim edilməməsinə, yaxud vaxtında təqdim edilməməsinə, hesabatların təhrif edilməsinə, habelə inzibati mənbələrə girişi təmin etmədiklərinə görə cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir. Məsuliyyətə cəlb etmə hüquqi və fiziki şəxsləri statistik məlumatları təqdim etməkdən azad etmir. İXM-in 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı “Azərbaycan Avtomobil Yolları X7 Hüquqi şəxs «30 nömrəli yol istismarı” MMC tərəfindən İXM-in 389-cu maddəsində göstərilən inzibati xətanın törədilməsi müəyyən olunmuşdur. Bu hal barəsində icraat aparaılan şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadəsi ilə tam sübuta yetirilmişdir. Ona görədə məhkəmə hesab edir ki, “Azərbaycan Avtomobil Yolları X7 Hüquqi şəxs «30 nömrəli yol istismarı” MMC İXM-in 389-cu maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs “Azərbaycan Avtomobil Yolları X7 Hüquqi şəxs «30 nömrəli yol istismarı” MMC-nin əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, “Azərbaycan Avtomobil Yolları X7 Hüquqi şəxs «30 nömrəli yol istismarı” MMC İXM-nin 389-cu maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Azərbaycan Avtomobil Yolları X7 Hüquqi şəxs «30 nömrəli yol istismarı” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar