Məhkəmə qərarları › İş №3(058)-217/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-217/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-217/2023 05.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş Samux RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Laçın şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, Tərtər rayonu Şırax qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 04 oktyabr 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Samux RPŞ-nin qarşısında, ictimai yerdə nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının göstərişinə əməl etməyərək onların qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 bildirdi ki, Samux RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X2 RPŞ-nin rəisinə raportla müraciət edərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 15:40 radələrində YPX-nin inspektoru, polis serjantı X4 ilə birlikdə xidmətdə olarkən Mercedes markalı ** ML *** dövlət qeydiyyat nişanlı mikroavtobusa manevr etmə qaydasını pozduğuna görə tərəflərindən işarə verilərək saxlanılmış, yoxlama zamanı sürücü Şəxs sürücülük vəsiqəsinin olmadığı və maşını etibarnamə olmadan idarə etdiyi müəyyən olunmuşdur. Onlar avtomobili Samux RPŞ-nin müvəqqəti duracağına yerləşdirmiş və sürücü barədə inzibati protokol tərtib olunmuşdur. Daha sonra Şəxs avtomobilini duracaqdan götürmək üçün Samux RPŞ-nin qarşısına gəlmiş və orada polis əməkdaşları ilə mübahisə edərək onlara qarşı nalayiq ifadələr işlətmiş, onlar Şəxs nizamintizama dəvət etsələr də, o, buna məəhəl qoymayaraq öz əməlini davam etdirmişdir. Buna görə də, Şəxs Samux rayon Polis Şöbəsində növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsinə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Samux RPŞ-nə duracağa yerləşdirilmiş avtomobilini duracaqdan çıxarmaq məqsədilə getmiş, avtomobili duracaqdan tez çıxarmaq istəməsinin səbəbi havanın yağmurlu olması və onun işçiləri olan qadınların çöldə gözləməyə çətinlik çəkməsi olmuşdur. Buna görə də polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Hazırda əməlindən peşmançılıq çəkir, onun barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən şahid X6 bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 15:40 radələrində YPX-nin inspektoru, polis serjantı X4 ilə birlikdə xidmətdə olarkən Mercedes markalı ** ML *** dövlət qeydiyyat nişanlı mikroavtobusa manevr etmə qaydasını pozduğuna görə tərəflərindən işarə verilərək saxlanılmış, yoxlama zamanı sürücü Şəxs sürücülük vəsiqəsinin olmadığı və maşını etibarnamə olmadan idarə etdiyi müəyyən olunmuşdur. Onlar avtomobili Samux RPŞ-nin müvəqqəti duracağına yerləşdirmiş və sürücü barədə inzibati protokol tərtib olunmuşdur. Daha sonra Şəxs avtomobilini duracaqdan götürmək üçün Samux RPŞ-nin qarşısına gəlmiş və orada polis əməkdaşları ilə mübahisə edərək onlara qarşı nalayiq ifadələr işlətmiş, onlar Şəxs nizamintizama dəvət etsələr də, o, buna məəhəl qoymayaraq öz əməlini davam etdirmişdir. Buna görə də, Şəxs Samux rayon Polis Şöbəsində növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X4 şahid Z.Abbasovla eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 3027/2023 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs müayinədən keçmiş və onda hər hansı narkotik vasitə və ya alkoqol qəbulu halı aşkar edilməmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri və barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilir. Buna görə də o İXM-in 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə baxışında Şəxs inzibati məsuliyyətdən və tənbehdən azad edilməsi üçün əsaslar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar