Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-218/2023 05.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X9 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 535.1-ci maddəsi ilə Samux rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 04 oktyabr 2023-cü il tarixdə saat 16:30 radələrində Samux rayonu, Qarayeri qəsəbəsində ictimai qaydanı kobud surətdə pozduğu üçün həmin şəxs dəfələrlə nizam intizama dəvət edilmiş, lakin Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini davam etdirərək ictimai qaydanı açıq şəkildə pozmağa davam etmişdir. Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis kapitanı X2, inzibati protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Samux rayonu, Qarayeri qəsəbəsində sevdiyi qız ona yox dediyi üçün əsəbləşmiş və üstündə gəzdirdiyi soyuq silah hesab edilən bıcaqla sol əlini kəsmişdir. Onu polis əməkdaşları saxlamış və sol əlindəki qan barədə soruşmuşlar. O, əsəbi olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədən törətmiş olduğu əməlindən peşman olmasını bildirərək, ona yüngül inzibati cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri polis baş serjantı X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində polis kiçik serjantı Ceyhun Qədimovla və polis kiçik serjantı Röyal Həsənola birlikdə Samux rayonu, Qarayeri qəsəbəsində 5 saylı postunda xidmətdə olarkən qəsəbə ərazisində bir nəfər şəxsin əlindən qan axdığını, o, biri əlində isə soyuq silah hesab edilən bıçaq olduğunu görmüşlər. Onlar dərhal adı sonradan onlara məlum olan Şəxs nə üçün bıçaqla belə hərəkət etdiyini soruşduqda, Şəxs onlara müqavimət göstərmiş, onlar Şəxs nizam-intizama dəvət etmişlər, lakin o, qərəzli şəkildə öz hərəkətlərini davam etdirmiş, onların qanuni tələblərinə qəsdən tabe olmamış, buna görə də, Şəxs oğlunun barəsində raport və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 və X7 eyni məzmunlu izahat verərək, X3 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 04 oktyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 oktyabr 2023-cü il tarixdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 04 oktyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 oktyabr 2023-cü il tarixdə saat 18:30-da tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadələri, həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xətanı törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-in 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 04 oktyabr 2023-cü il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Samux rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-218/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-218/2023
05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver