Məhkəmə qərarları › İş №3(058)-224/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-224/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-224/2024 22.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23270327 saylı inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23270327 saylı qərardan şikayət verərək sözügedən qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 14:45-də Gəncə şəhər Heydər Əliyev prospektində Azərbaycan Beynəlxalq Xəstəxanasının qarşısında hərəkətdə olarkən RENAULT KOLEOS minik markalı **-TJ-*** dövlət qeydiyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusuolmayan motoskiletlər , mopedlər velisopedlər və kiçik elektrik nəqliyyat vasitələri istina olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinçi və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Gəncə şəhər DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis palkovniki-leytinatı Elvin Abbaszadə tərəfindən qərar yazılıb. O, minik avtomobili ilə Gəncə şəhər Heydər Əliyev prospektində Beynəlxalq xəstəxananın qarşısında avtomobilinin mühərriki sönmüş və o, dərhal qəza işıqlarını yandırmış, sonra ustayla əlaqə saxlamışdır. Usta ona bildirmişdi ki, bir az gözlə və yenidən yoxla əgər mühərrik işə düşməsə evakuator cağır, avtomobilini gətir. Bu zaman oradan keçən DYP inspektoru məlumat olmadığı halda avtomobilə yaxınlaşmadan, YPX avtomobilindən düşmədən polisə verilmiş xüsusi avadanlıqla avtomobilinin qanuna zidd şəkildə şəkilini çəkərək ona İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən 80 manat cərimə göndərib. 2 dəfə 102 qaynar xəttinə zəng etsədə ona bildirmişdilər ki, aidiyyatı üzrə araşdırıb cavab veriləcək. Gəncə DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətin ona məktubla bildirmişlər ki, polis əməkdaşının ona yazdığı cərimə əsaslıdır. Qərardan narazı olduğu halda məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. X8 əməkdaşları öz vəzifə səlahiyyətlərindən istifadə edərək ona xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 346.4-cü maddəsini nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib və həmin qərara əsasən ona 80 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, qərar əsassızdıe və qanunvericiliyin tələblərinə ziddir. Buna görə də sözügedən qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X5 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını və xx.xx.2024-cü il tarixli, EQ 23270327 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati orqana məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə qərardan şikayətə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X3 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sübutu tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2024cü il tarixli, EQ 23270327 saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, EQ 23270327 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 İXM-in 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 qərardan şikayət vermək hüququna malik şəxs deyil. Belə ki, xx.xx.2024-cü il tarixli, EQ 23270327 saylı inzibati tənbeh vermə haqqında qərar X4 barəsində qəbul edilmişdir. Qanunvericiliyin tələbinə əsasən isə inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs şikayət verə bilər. Belə olan halda X1 qərardan şikayət vermək hüququ olmadığından onun şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23270327 saylı inzibati tənbehvermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar