Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-228/2023 12.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil, zərərçəkmiş şəxs X5 və onun vəkili (nümayəndəsi) X4 iştirakı ilə, xx.xx.1983-cü ildə Azərbaycan Respublikası, Samux rayonunda doğulmuş, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, həmin protokol xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən tərtib edilmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə X7 döymüşdür. Bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X6 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, zərərçəkmiş şəxs X2 RPŞ ərizə ilə müraciət edərək bildirmişdir ki, o keçmiş əri Şəxs tərəfindən döyülmüşdür. Bu faktla bağlı zərərçəkmiş şəxsin döyülməsinin və ya hər hansı bir fiziki təsirə məruz qalmasının müəyyən edilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və müvafiq ekspret rəyi alınmışdır. Həmin rəydə N.Quliyevanın bədəni üzərində müvafiq xəsarətlərin olduğu, həmin xəsarətlərin sağlamlığa zərər vurmayan xəsarətlər olduğu və həmin xəsarətlərin əmələ gəlməsi tarixinin qərarın təsviri hissəsindəki tarixə uyğun gəldiyi müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, N.Quliyevanın anası V.Tağıyeva ona zəng edərək gəlib uşaqları aparmasını istəmişdir. Buna görə də o, keşmiş arvadı X5 ünvanına gedərək, böyük qızını götürüb özü ilə aparmışdır. Daha sonra balaca qızını götürmək üçün növbəti gün N.Quliyevanın evinə getmiş və balaca qızını da götürüb özü ilə aparmışdır. Bu zaman Nəzakət ilə anası Vahidə bir-biri ilə mübahisə etmiş, amma o, Nəzakətlə mübahisə etməmiş, onu vurmamışdır. Sadəcə olaraq uşağı ondan alaraq özü ilə aparmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil bildirdi ki, Şəxs ilə X9 arasında olan nikah pozulub və birgə nikahdan iki uşaqları var. Müvafiq məhkəmə qətnaməsi ilə uşaqlar analarının yanında saxlanılıb. Şəxs keçmiş arvadının anası zəng vuraraq gəlib uşaqları götürməyi xahiş etmiş, o da gedib uşaqları götürmüşdür. Şəxs tərəfindən N.Quliyevaya heç bir fiziki təsir göstərilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 bildirdi ki, o, 3 ildir ki, övladları ilə birlikdə anasının yanında yaşayır və anası ilə münasibətləri yaxşıdır. O, kiçik qızı ilə birlikdə Gəncə şəhərində xalasıgildə olarkən Şəxs gəlib böyük qızı götürərək özü ilə aparmışdır. Daha sonra o evə qayıdanda Mahir yenidən onlar yaşadığı ünvana gələrk kiçik qızı da aparmaq istəmiş, bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı Mahir onu vurmuş, ona xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin vəkili (nümayəndəsi) X8 bildirdi ki, X1 əri Şəxs tərəfindən döyülüb. Həmin faktı iş materiallarına əlavə edilmiş müvafiq ekspert rəyi də təsdiq edir. Ona görə də Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, qızı Nəzakət Şəxs boşandıqdan sonra uşaqları ilə birlikdə onun yanında yaşayır. 17 sentyabr 2023-cü il tarixdə qızı Nəzakət kiçik qızı ilə birlikdə Gəncədə xalasıgildə olarkən Şəxs onların yaşadığı evə gələrək böyük qızını zorla özü ilə aparmış, növbəti gün isə yenidən gələrək kiçik qızını aparmaq istəmiş, bu zaman Nəzakətlə Mahir arasında mübahisə yaranmış, mübahisə zamanı X14 vuraraq ona xəsarət yetirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində inzibati xəta tərkibinin olması səbəbi ilə barəsində müvafiq tədbirin görülməsi üçün qərarın surəti Samux RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş “məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 99 saylı rəyindən məlum olur ki, X5 bədəni üzərində dərəcəsi təyin edilməyən xəsarətlərin olduğu, həmin xəsarətlərin yetirilməsi tarixnin qərarın təsviri hissəsində göstərilən tarixə uyğun gəldiyi müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Məhkəmə araşdırması zamanı Şəxs tərəfindən N.Quliyevaya fiziki ağrı yetirildiyi və onun sözügedən inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxsnın ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxsnın qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-228/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-228/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver