Məhkəmə qərarları › İş №3(058)-228/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-228/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-228/2024 18.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, barəsində protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsindən daхil olmuş inzibati xəta haqqında protokol üzrə materiala Samux Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Regional Ədliyyə İdarəsinin rəis müavini vəzifəsini icra edən X1 tərəfindən tərtib edilmiş 04 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Samux rayonu Alıuşağı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 11 saylı iclas qərarı inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim edilməmişdir. Buna görə də Samux rayonu Alıuşağı Bələdiyyəsinin sədri Şəxs (FİN xxxxxxx) İXM-in 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, komputer avandanlıqları çatışmamazlığı olduğu üçün Samux rayonu Alıuşağı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 11 saylı iclas qərarı inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsini xx.xx.2024-cü il tarixdə məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinin 04 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolunu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: 19 noyabr 2023-cü il tarixli 11 nömrəli iclas protokolundan görünür ki, həmin iclasın yekununda müvafiq qərar qəbul edilmişdir. Şəxs izahatından görünür ki, o, izahatında Samux rayonu Alıuşağı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 11 saylı iclas qərarının surətini inzibati nəzarəti həyata keçirən orqana 5 iş günü müddətində təqdim etməli olduğu halda, səhlənkarlıq səbəbi gec təqdim etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən bələdiyyələrin fəaliyyətində inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətləri 5 iş günü müddətində həmin orqana təqdim edilməlidir. Dolayısıyla həmin müddət ərzində bələdiyyə aktlarının bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana təqdim edilməməsi halında sözügedən müddətin bitdiyi tarixdən sonrakı gün inzibati xəta törədilmiş hesab olunur. İş materiallarından aydın olur ki, Alıuşağı Bələdiyyə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta 2023-cü il tarixdə törədilmiş və inzibati xətanın törədildiyi gündən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinin 04 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolu məhkəməyə təqdim edildiyi və işə baxıldığı günədək bir ildən çox müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, Alıuşağı Bələdiyyəsinin sədri Şəxs barəsində olan Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 48–50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinin 04 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolu əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar