Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-23/2024 22.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsini hakimi Kərimova Tərifə Əbülfət qızı, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair materiala baxaraq, məhkəmə müəyyən etdi: 14 dekabr 2023-cü il tarixdə Samux Rayon Polis X2 Xidmətinin inspektoru polis kiçik serjantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, 08 yanvar 2024-cü il tarixdə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində tərtib edilmiş 14 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, o, 14 dekabr 2023-cü il tarixdə, saat 18:30 radələrində Samux rayonu, H.Əliyev prospektində olarkən narkotik vasitədən istifadə etməklə Vaz 21074 markalı, 20DS632 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol İXM-nin 100-cü maddəsinin tələblərinə müvafiq tərtib edilməmiş, protokol natamam olmaqla, iş materiallarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətinin eyniləşdirilməsi məlumatlarının və qeydiyyat ünvanının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Şəxs barəsində 14 dekabr 2023-cü il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə Samux Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində 14 dekabr 2023-cü il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə Samux Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardadan şikayət və ya protest verilə bilməz. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-23/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-23/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver