Məhkəmə qərarları › İş №3(058)-233/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-233/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-233/2024 28.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Samux rayonunda doğulmuş, ali təhsilli, evli, işləməyən, Samux rayonu Nəbiağalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 28 oktyabr 2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə onun barəsində olan materialla bağlı ünvanında olan zaman polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux RPŞ-nin polis sahə rəisi, polis leytenantı X2 izahat verərək bildirdi ki, inzibati protokolu Samux RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Məmmədzadə Elvinin raportu əsasında tərtib etmişdir. Belə ki, polis əməkdaşları Arzu Məmmədov və Ramin İsbəndiyarlı xx.xx.2024-cü il tarixdə, təxminən saat 00:10 radələrində xidmətdə olan zaman növbətçi hissənin göstərişi əsasında ünvan 2 ünvanında yaşayan bir nəfərin 102 qaynar xəttinə zəng edərək operatoru nəlayiq söyüşlərlə təhqir etdiyi üçün həmin şəxsin Samux Rayon Polis şöbəsinə izahat verməsi üçün dəvət edilməsi bildirilmişdir. Polis əməkdaşları sözügedən ünvana gedərək Şəxs izahatının alınması üçün polis şöbəsinə getməyi təklif etmişlər, lakin o, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, mübahisə yaratmış, onu nizam-intizama dəvət etsələr də, o, polisə qarşı fiziki güc tətbiq edərək polisin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırmışdır. Bundan sonra polis əməkdaşları onu Samux RPŞ-nə gətirib təhvil vermişlər. Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o həmin gün içkili olmuş, qardaşı ilə mübahisə etdiyi üçün bir neçə dəfə 102 qaynar xəttinə zəng etmiş, bu zaman qardaşı ilə birbirilərinə qarşı nəlayiq ifadələr işlətmişlər və 102 qaynat xəttinin operatoru həmin nalayiq ifadələrin ona qarşı işlədildiyini zənn etmişdir. Bundan əvvəl də o, bir neçədə dəfə qardaşı ilə mübahisə zamanı 102 qaynar xəttinə zəng etmişdir. Sözügedən gün onun yaşadığı ünvana polis əməkdaşı gəlmiş və izahatının alınması üçün polis şöbəsinə dəvət olunmuşdur. Lakin o, sərxoş olduğundan və hərəkətlərini bilmədiyindən polislə mübahisə yaratmış və polisin qanuni tələblərinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib olunmuş protokol, raport və özünün etirafedici ifadəsi ilə təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 01:30-da inzibati qaydada tutulmuşdur. 28 oktyabr 2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, 28 oktyabr 2024-cü il tarixdə saat 02:10-da aparılmış müayinə nəticəsində Şəxs yüngül dərəcəli alkoqollu olduğu müəyyən edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İnzibati xətaya görə məsuliyyəti istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 01:30-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar