Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-235/2024 29.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və tələbkar X9 iştirakları ilə, xx.xx.1982-ci ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, subay, işləməyən, Samux rayonu Alıuşağı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X13 tərəfindən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə 29 oktyabr 2024-cü il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X13 izahat verərək bildirdi ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-216/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X10 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment X3 tutularaq iddiaçı X9 xeyrinə ödənilməsi qət edilmişdir. X1 aliment borcunu qərəzli şəkildə ödəmir, onun hazırda 3528 manat ailment borcu var, icra sənədi üzrə cari ilin yanvar ayında edib ondan sonra isə heş bir ödəniş etməyib. Borclu icra sənədini icra etməkdən boyun qaçırır, ona görədə onun inzibati məsuliyyətə cəlb ediməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X14 bildirdi ki, uşaqlarını maddi imkansızlıq səbəbilə saxlaya bilmir, borclu alimenti ödəməkdən qərəzli olaraq yayınır, hazırda onun ödənilməmiş 3528 manat aliment borcu var, X4 inzibati məsuliyyətə cəlb ediməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 ifadə verərək bildirdi ki, işi olmadığı üçün və problemləri çox olduğu üçün ailment borcunu ödəyə bilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-216/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2010cı il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X10 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment X3 tutularaq iddiaçı X9 xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə X1na Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-216/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. 29 sentyabr 2020-ci il tarixli borclunun (onun əmlakının və ya uşağının) axtarılması haqqında qərarın surətindən görünür ki, borclu xx.xx.1982-ci il təvəllüdlü Gəncə şəhərində anadan olmuş, Samux rayonu, Alıuşağı kəndində qeydiyyatda olan X4 barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-216/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini təmin etmə məqsədi ilə X1na məxsus Samux rayonu Alıuşağı kəndində hər hansı bir ev, əmlak və ya tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Xəbərdarlığın surətindən görünür ki, X5 icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və özünün ifadəsi ilə tam sübuta yetirilmişdir. Belə ki, X2 şəhər Nizami Rayon Məhkəməsinin 2(044)- 216/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə müəyyən olunmuş borc məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş, hazırda onun 3528 manat aliment borcu yığılmışdır. Məhkəmə hesab edir ki, X4 hərəkəti Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X13 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, X4 törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki X6 inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X11 (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-235/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-235/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver