Məhkəmə qərarları › İş №3(058)-24/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-24/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-24/2023 20.02.2023 SAMUX RAYON MƏKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Şəxs ASC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Samux Rayon Məhkəməsinə material daxil olmuşdur. Məhkəmə iclasında Şəxs ASC-nin nümayəndəsi Qanuni nümayəndə bildirdi ki, o, Şəxs ASC-nin sədri vəzifəsində işləyir. Azərbaycan Respublika Auksion Mərkəzinin Səhmlərinin satışı üzrə pullu hərracın yekun xx.xx.2004-cü il tarixli protokoluna əsasən, səhmləri satılan səhmdar cəmiyyətinin 28.928 (iyirmi səkkiz min doqquz yüz iyirmi səkkiz) ədəd səhm kağızlarını alaraq, Şəxs ASC-nin sədri olmuşdur. 2004-cü ildən bu günə kimi zavod sökülmüş və köhnəldiyinə görə işləmir. Buna baxmayaraq onlar hər il öz hesabatlarını vermişlər. Lakin 2020-ci ildə Respublikada “Covid-19”-a görə heç bir yer işləmədiyinə və onlardan tələb edilmədiyinə görə hesabat verilməmişdir. X2 Şəxs ASC-nə xx.xx.2022-ci il tarixdə məktub göndərilərək, hesabatı xx.xx.2022-ci il tarixə kimi göndərilməsi bildirilmişdir. Onun məktubdan xəbəri olmadığından, hesabatı verə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs ASC-nin barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmiş, o, Azərbaycan Respublikasının İXM-nin 548.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsi ilə tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli xidməti məktubundan görünür ki, Şəxs ASC-nə 2021-ci ilin nəticələrinə görə emitentlərin illik hesabatlarının Mərkəzi Banka təqdim edilmələri bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli fəaliyyət barədə məlumatına əsasən Şəxs ASC-nin fəaliyyəti xx.xx.2004-cü il tarixdən (vaxtı çatdığı üçün bərpa istisna olmaqla) xx.xx.2100-cü il tarixədək dayandırılmışdır. (hazırkı vaxtda dayandırılıb) İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2022ci il tarixli 6-1.26-2-2022-17170 nömrəli Şəxs ASC-nə ünvanlanmış məktubdan görünür ki, 2021-ci ilə dair emitentin illik hesabatının 7 gün ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs ASC-ti Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsinə əsasən - müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə iclasında Şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs ASC-nin barəsində inzibati xəta haqqında protol tərtib etmişdir. Ona görə ki, 2021-ci ilə dair emitentin illik hesabatının 7 gün ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuş, lakin həmin müddət ərzində emitentin illik hesabatı təqdim olunmamışdır. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs ASC-ti 2004-cü ildən fəaliyyətini dayandırmış və hazırda da fəaliyyət göstərmir. Müəsisənin fəaliyyəti olmamaqla bərabər dövriyyəsi, maliyyəsi və aktiv dövriyyədə olan əmlakı yoxdur. Ona görə də məhkəmə hesab edir ki, fəaliyyətdə olmayan hüquqi şəxsin istər hərəkət istərsə də hərəkətsizliklə inzibati xəta törətməsi mümkün deyil. Əslində fəaliyyəti dayanmış vəziyyətdə olan müəssisə ilə bağlı məsuliyyəti o cümlədən mailiyyə hesabatını maliyyə orqanlarına təqdim etmək ohdəliyini onun vəzifəli şəxsi daşımalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərtib etdiyi inzibati xəta haqqında protokolda göstərilən inzibati xəta hadisəsinə görə Şəxs ASC-nin sədri Qanuni nümayəndə inzibati məsuliyyətə cəlb edilməli və o, İXM-nin 548.1-ci maddəsi ilə təqsirli bilinməklə ona inzibati cərimə təyin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 602.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC-nin sədri Qanuni nümayəndə Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 1000 (min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar