Məhkəmə qərarları › İş №3(058)-240/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-240/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-240/2023 14.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1, Samux Rayon Polis Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X2 iştirakı ilə, Samux RPŞ-nin polis mayoru X4 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 onun İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 50 manat inzibati cərimə olunması barədə xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə saat 19:08-də Samux şəhəri, Elçin Məmmədov 58 küçəsində idarə etdiyi Hundai Sanata markalı,51 BG166 dövlət qeydiyyat nişanlı avtomobili polis əməkdaşları tərəfindən saxlanılaraq onun İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinməsinə dair qərar qəbul olunmuşdur.Hesab edir ki, onun barəsində qəbul edilmiş qərar əsassızdır. Belə ki, o inzibati tənbeh vermə haqqında qərarda göstərilmiş inzibati xətanı törətməmişdir. Onun həmin inzibati xətanı törətməsi heç bir sübutla öz təsdiqini tapmır. Ona görə də barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında X3 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs X5 bildirdi ki, X1 idarə etdiyi Hundai Sanata markalı, 51 BG166 dövlət qeydiyyat nişanlı avtomobilin işıq cihazları işləmədiyən xx.xx.2023-cü il tarixdə saat 19:08-də Samux şəhəri, Elçin Məmmədov 58 küçəsində onun tərəfindən saxlanılmış və onun barəsində inzibati protokol tərtib olunmuşdur. X1 idarə etdiyi avtomobil işıq cihazlarının işləməməsi məhkəməyə təqdim olunan foto şəkillə də öz təsdiqini tapır. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 və protokol tərtib etmiş şəxs X2 izahatlarını dinləyərək, iş materiallarını və təqdim olunmuş sübutu tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2023-cü il tarixli TP ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 İXM-in 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş foto şəkildən Hundai Sanata markalı, 51 BG166 dövlət qeydiyyat nişanlı avtomobilin arxa xarici işıq cihazlarının işləmədiyi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 şikayətinin dəlilləri əsassızdır. Belə ki, o, İXM-in 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt iş materiallarına əlavə olunmuş inzibati protokol və foto görüntü ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Samux RPŞ-nin polis mayoru X4 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar