Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-240/2025 17.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Qəhrəmanov Rəşad Elşad oğlunun katibliyi ilə, protokolu tərtib etmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 28.02 2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-86/2019 saylı xx.xx.2019-ci il tarixli icra sənədinə əsasən qazancından və başqa gəlirlərindən hər ay 156 manat sabit pul məbləğində aliment tutularaq, 25 yanvar 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 xeyrinə verilməsi qət edilmişdir. Borclu Şəxs hazırda sözügedən icra sənədinə əsasən 468 manat borcu var. Borclu icra sənədi üzrə aliment borcunu tam ödəməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabə olmamışdır. Ona görə də onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-86/2019 saylı xx.xx.2019-ci il tarixli icra sənədinə əsasən qazancından və başqa gəlirlərindən hər ay 156 manat sabit pul məbləğində aliment tutularaq, 25 yanvar 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 xeyrinə verilməsi qət edilmişdir. Borclunun protokolun tərtib edilib məhkəməyə təqdim edildiyi tarixə icra sənədi üzrə 468 manat borcu mövcud olmuşdur, icra sənədi üzrə tələbkar Nağıyeva (Qasımova) Gülnar Xaləddin qızı xx.xx.2025-ci il tarixində ərizə ilə Samux Rayon İcra və Probasiya şöbəsinə müraciət edərək borclunun xx.xx.2025-ci il tarixinə qədər olan borcunu ödədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hazırda icra sənədi üzrə borcunu tam şəkildə ödəmişdir. Barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-86/2019 saylı, xx.xx.2019-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs qazancından və başqa gəlirlərindən hər ay 156 manat sabit pul məbləğində aliment tutularaq, 25 yanvar 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 xeyrinə verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, 2(058)-86/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs Samux Rayon Məhkəməsinin icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu, xx.xx.1989-cu il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Samux Rayon Məhkəməsinin 3(058)-240/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, xx.xx.1989-cu ildə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Samux rayonu Alıuşağı kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İcra sənədi üzrə tələbkar X3 tərəfindən Samux Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, o, icra sənədi üzrə borclu Şəxs 01 noyabr 2025-ci il tarixinədək sözügedən icra sənədi üzrə borcunu tam şəkildə ödədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, icra sənədi üzrə tələbkar xx.xx.2025-ci il tarixində ərizə ilə Samux Rayon İcra və Probasiya şöbəsinə müraciət edərək borclunun xx.xx.2025-ci il tarixinə qədər olan borcunu tam şəkildə ödədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-240/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-240/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver