Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-242/2023 18.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2330/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs qazancından və başqa gəlirlərindən hər ay 100 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq cavabdeh X3 verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb oluncağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq borcunu ödəməkdən yayınır, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi gəlirlər aşkar edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib onun inzibati tənbeh olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək borcunu yaxın müddətdə ödəyəcəyini bildirmiş və ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəməsi üçün vaxt verilərək məhkəmə iclası təxirə salınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, icra sənədi üzrə yığılan bütün borcunu ödəyib, bunu tələbkarın icra şöbəsinə ünvanladığı ərizəsi təsdiq edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2330/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin surətindən görünür ki, xx.xx.2017-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyirinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədi üzrə tələbin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-242/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadınan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə məhkəmə iclasına məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-242/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadınan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə məhkəmə iclasına məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-242/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadınan görünür ki, Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş tələbkar Zeynalova (Adıgözəlova) Aytac Rasim qızının xx.xx.2023-ci il tarixdə Samux Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı ərizəsinin surətindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2330/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Şəxs xx.xx.2023-cü il tarixinədək ona heç bir borcu yoxdur. Borclunun barəsində görülmüş bütün məcburi icra tədbirlərinin dayandırılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası barədə xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borcunu ödəməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, tələbkar Zeynalova (Adıgözəlova) Aytac Rasim qızının ərizəsindən aydın olur ki, Şəxs yığılmış aliment borcunu tamamilə ödəmişdir. Ona görə də məhkəmə, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-242/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-242/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver