Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-242/2024 30.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Samux rayonunda doğulmuş, orta təhsilli, evli, işsiz, Samux rayonu Sərkar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi barədə 30 oktyabr 2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokollarda qeyd edilir ki, Şəxs 29-30 oktyabr 2024-cü il tarixlərdə Samux rayonu ərazisində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1 maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 izahat verərək bildirdi ki, sözegedən protokolları Samux Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin əməkdaşı polis baş serjantı X2 və Samux Rayon Polis Şöbəsinin PPXB-nin polis serjantı X3 raportu əsasında tərtib etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 18:15 radələrində YPX-nin polis baş serjantı Əliyev Elnur ilə birlikdə xidmətdə olarkən Mersedes markalı avtomobili dövlət qeydiyyat nömrəsi olmadan idarə etdiyi üçün saxlanılaraq ondan sənədləri təqdim etməsini bildirdikdə o, öz növbəsində onun maşınını heç yerə apara bilməzsiniz, qazi olmasını bildirərək, ictimai aşayişi pozaraq nəlayiq ifadələr işlətmiş, həmçinin yerdən daş parçası götürərək ilk öncə öz maşının ön şüşəsini sındırmış daha sonra, daşı onlara tarəf atmaq istəyəndə onun əlindən alaraq nizam-intizama cəlb etsələr də o, öz əməlindən çəkinməyərək, polisin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırmış və cibində olan bıçağı çıxararaq onları ölümlə hədələmişdir. Ətrafda olan şəxlərin köməyi ilə onu uzaqlaşdırdıqdan sonra onun avtomobili duracağa yerləşdirilməsi təmin olunmuşdur. Həmçinin xx.xx.2024-cü il tarixdə təxminən saat 15:50 radələrində Şəxs polis şöbəsinin giriş qapısına yaxınlaşaraq əlində olan yandırıcı maddə olan benzini avtomobilin sahibinin üzərinə və həmin avtomobilə tökərək yandırmaq istəmişdir. Onu nizam-intizama cəlb etsələr də o, öz əməlindən çəkinməyərək, polisin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırmışdır. Onun əlində olan yandırıcı maddəni və kəsici alət olan bıçağı əlindən alaraq onu növbətçi hissəyə təhvil vermişlər. Onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində təqsirini etiraf edərək bildirdi ki, o həqiqətən də göstərilən əməlləri törətmişdir. Belə ki, həmin vaxt o həm sərxoş olmuş, həm də onun psixoloji problemləri olduğu üçün həmin hərəkətlərə yol vermişdir. O özü ilə bacarmır, bu hərəkətləri özündən ixtiyarsız edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin PPXBnin polis serjantı X3 ifadə verərə bildirdiki, xidmətdə olan zaman adı sonradan ona məlum olan Şəxs içi benzin dolu qabı əlinə götürərək yolda dayanmış taksi şoferin üzünə və onun avtomobilinin üzərinə tökdüyünü görmüş, dərhal ona yaxınlaşarq onu həmin əməldən çəkindirməyə çalışsada o, öz əməlindən çəkinməyərək üstəlik onların üzərinə bıçaq çıxartmış və qanunsuz hərəkətlərinə davam etmişdir. Onu nizam intizama dəvət edən polis əməkdaşlarına qanuni tələblərinə tabe olmamışdır. Ona görədə onlar şəxsi digər polis əməkdaşlarına köməyi ilə növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 xx.xx.2024-cü il tarixdə Samux rayon Sərkar kəndindən Nəbiağalı qəsəbəsinə gələn zaman Sərkar kəndində yolun kənarında tanımadığı bir nəfər şəxs ona əl edərək saxlamağını bildirən zaman o, avtomobilini saxlamış, həmin şəxs əlində 2 litr benzin ona yaxınlaşaraq Qarabağ müharibəsi əlili (qazi) olduğunu bildirərək, avtomobili polis şöbəsində cərimə meydançasından çıxarmaq üçün benzin aparıb avtomobilini cərimə meydançasından çıxarmağa getdiyini bildirmişdi. Onun qazi olduğu üçün köməklik məqsədilə Samux RPŞ-nin qarşısına gətirmişdir. Həmin şəxs avtomobildə olan zaman öz hərəkətlərini idarə edə bilmədiyini hiss etsədə buna baxmayaraq onu polis şöbəsinin qarşısında düşürmüşdür. Həmin şəxs avtomobildən yerə düşən zaman heç bir söz demədən gözləmədiyi halda əlindəki benzini açaraq avtomobilə və onun üzərinə tökərək yandırmaq istədiyini bildirmişdi. Onun üstü benzin olduğu üçün avtomobilindən yerə düşmüş, lakin həmin şəxs avtomobilini yandırmamışdır. İş materiallarına əlavə edilmiş sənəd aşağıdakı müəyyən edilir: 30 oktybar 2024-cü il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, 30 oktybar 2024-cü il tarixdə aparılmış müayinə nəticəsində Şəxs alkoqolun konsentrasiyasının 1,9% promil olduğu müəyyən edilmişdir. Şəxs ictimai yerdə polis əməkdaşının haqlı iradına baxmayaraq əsassız mübahisə yaratması və ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi, bu zaman ictimai qaydanın mühafizəsi üzrə öz vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol, özünün etiraf edici ifadəsi və şahidin ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Ona görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir, onun inzibati xətanı sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-242/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-242/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver