Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-246/2024 07.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızı, X1 Əmlak Məsələri Dövlət Xidmətinin Gəncə Ərazi şöbəsinin 19 may 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin mümkünlüyünə baxaraq, müəyyənetdi: X1 Əmlak Məsələri Dövlət Xidmətinin Gəncə Ərazi şöbəsinin 19 may 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək sözügedən qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: X1 Əmlak Məsələri Dövlət Xidmətinin Gəncə Ərazi şöbəsinin 19 may 2020-ci il tarixli inzibati tənbeh vermə qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-246/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-246/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver