Məhkəmə qərarları › İş №3(058)-247/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-247/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-247/2024 06.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Samux rayonunda doğulmuş, orta təhsilli, evli, işsiz, Samux rayonu Kolayır kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokollarda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixlərdə Samux rayonu ərazisində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1 maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 izahat verərək bildirdi ki, sözegedən protokolları Samux Rayon Polis Şöbəsinin növbətçisi polis baş leytenantı Vasif Kazımovun və Samux Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Kənan Rəhimlinin raportları əsasında tərtib etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Samux Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Kənan Rəhimli xidmətdə olan zaman Samux rayonun Kolayır kəndində yaşayan Şəxs evinin yanması ilə bağlı yanğınsöndürmə və 102 qaynar xətt xidmətinə məlumat vermişdir. Lakin daha sonra həmin məlumatın doğru olmadığı müəyyən edilmişdir. Belə ki, yanğınsöndürən maşın sözügedən ünvana getmiş və müəyyən edilmişdir ki, sözügedən evdə yanğın hadisəsi yoxdur və Şəxs onlara yalan məlumat verdiyini bildirmişdir. Həmççinin də sözügedən ünvana gedən polis əməkdaşları Şəxs yalan məlumat verərək müvafiq orqanları aldatdığını müəyyən etmişlər. Bundan sonra o, izahat vermək üçün polis şöbəsinə dəvət edilmiş, Şəxs xx.xx.2024-cü il tarixdə təhvil verilən zaman başını dəmir qapının barmaqlıqlarına vuraraq özünə xəsarət yetirmiş, polisə qarşı nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamamışdır. Onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində təqsirini etiraf edərək bildirdi ki, o, həqiqətən də göstərilən əməlləri törətmişdir. Belə ki, həmin vaxt o həm sərxoş həm də əsəbi olmuşdur. İş materiallarına əlavə edilmiş sənəd aşağıdakı müəyyən edilir: xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə 19:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:00-da aparılmış müayinə nəticəsində Şəxs yüngül dərəcəli alkoqolun konsentrasiyasının olduğu müəyyən edilmişdir. Şəxs müvafiq inzibati orqanlara yalan məlumat verməsi, bununla da ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi, polis əməkdaşının haqlı iradına baxmayaraq əsassız mübahisə yaratması və ictimai qaydanın mühafizəsi üzrə öz vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol, özünün etiraf edici ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Ona görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmir, onun inzibati xətanı sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 19:30-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar