Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-248/2023 07.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, X2 Samux Rayon Polis Şöbəsinin polis mayoru X4 27 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə müəyyənetdi: Samux Rayon Polis Şöbəsinin polis mayoru X4 27 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan narazı qalan X3 şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs X3 məhkəməyə vəsatətlə müraciət edərək hazırda Gəncə şəhərində qeydiyyatda olduğunu bildirmiş, ona görə də, şikayətin baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, şikayəti vermiş X1 şəhərində qeydiyyatdadır, ona görə də şikayət aidiyyatı üzrə baxılmalı olduğu məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İXM-in 129.1.3-cü maddəsində qeyd edilmiş yaşayış yeri şəxsin faktiki olduğu yeri yox, şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən daimi pasport qeydiyyatına alındığı yeri nəzərdə tutur. Buna görə də verilmiş şikayətə aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Samux Rayon Polis Şöbəsinin polis mayoru X4 27 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-248/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-248/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver