Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-25/2024 15.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Samux rayon İcra və Probasiya şöbəsinin rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Samux rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Samux rayon icra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 09 yanvar 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(058)-29/2022 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 1 ədəd 585 əyarlı, çəkisi 5 qram, gül formalı qızıl nişan üzüyü; 1 ədəd 585 əyarlı, çəkisi 8 qram briliyant qaşlı komplekt qızıl sırğa və üzük; 1 ədəd 583 əyarlı, çəkiosi 20 qram qızıl yoluçnu sep; çəkisi 8 qram nazik bilərzik; 583 əyarlı, çəkisi 7 qram qızıl tək tana; çəkisi 3 qram F formalı üzük; 583 əyarlı, çəkisi 15 qram yarpaq formalı qızıl komplekt sırğa-üzük; 2 ədəd hər birinin çəkisi 1 qram 585 əyarlı qızıl nazik sepdən ibarət qızıl-zinət əşyası naturada, əşyalar naturada mövcud olmadıqda isə dəyəri 5440 manat pul alınaraq X1 xeyrinə xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sədədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən Samux rayon İcra və Probasiya şöbəsinin rəisi X3 bildirdi ki, borclu qızıl-zinət əşyalarını və ya onların dəyəri olan 5440 olan borcundan heç bir ödəniş etməmişdir. Borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(104)-41/2024 nömrəli qərardadı ilə Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(058)-29/2022 nömrəli qətnaməsinin icrasına 2024-cü ilin iyun ayınadək möhlət verilmişdir. Hazırda həmin məbləğdə hər hansı bir ödəməyə imkanı yoxdur. Heç bir yerdə işləmir, əmlakı və başqa gəlir yeri yoxdur. Günəmuzd işləməklə himayəsində olan 2 azyaşlı övladının qismən ehtiyaclarını və kommunal ödənişləri ancaq ödəyir. Əlavə olaraq bildirdi ki, həmin qətnamənin icrasını bir necə aydan sonra, yəni 2024-cü ilin iyun ayında təmin etmək imkanı realdır. Onun ailə üzvlərinə məxsus 3 hektara yaxın kənd təsərüffatı təyinatlı pay torpaq sahəsində, anasının və bacısının vəsaiti hesabına, o cümlədən onun fiziki köməyi ilə taxıl məhsulu əkilmiş, həmin məhsulun satışından əldə olunan vəsait hesabına borcunu ödəyəcəkdir. Məhkəmədən barəsində başlanılmış iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(058)- 25/2024 nömrəli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(104)- 122/2024 nömrəli qərarından görünür ki, Samux Rayon Məhkəmsinin 19 yanvar 2024-cü il tarixli 3(058)-25/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqında iş yenidən baxılması üçün Samux Rayon Məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(104)- 41/2024 nömrəli qərardadından görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-29/2022 nömrəli mülki iş üzrə 28 fevral 2022-ci il tarixli qətnaməsinin icrasına Şəxs 2024-cü ilin iyun ayınadək möhlət verilmişdir. Məhkəmə Samux rayon İcra və Probasiya şöbəsinin rəisi X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyib, icra işinin materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış İnzibati xəta haqqında icraat başlanan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün “icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi” halı mövcud deyildir. Belə ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(104)-41/2024 nömrəli qərardadı ilə Samux Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(058)- 29/2022 nömrəli qətnaməsinin icrasına 2024-cü ilin iyun ayınadək möhlət verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olunması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs əməlini səmimi etiraf etməsi məsuliyyəti yüngülləşdirən haldır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci madəssində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-25/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-25/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver