Məhkəmə qərarları › İş №3(058)-250/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-250/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-250/2024 14.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Samux rayonunda doğulmuş, orta təhsilli, subay, işləməyən, Samux rayonu Ağasıbəyli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X12 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə 14 noyabr 2024-cü il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X12 izahat verərək bildirdi ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1061/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, 05 mart 2010-cu ildə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Samux rayonunun Ağasıbəyli kəndində qeydiyyatda olan və Qazax rayonunun Dəmirçilər kəndində yaşayan cavabdeh Şəxs 28 avqust 2014-cü ildən başlayaraq ayda 80 (səksən) manat məbləğində aliment alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1405/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs, 2003-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment və müalicələri üçün əlavə xərc kimi hər ay 60 manat pul tutularaq X2 ödənilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-628/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 19 iyun 2014-cü il tarixdə anadan olmuş X1 üçün 04 mart 2022-ci ildən başlayaraq hər ay 150 (bir yüz əlli) manat miqdarında aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. Borclu Şəxs hal-hazırda 19943 manat aliment borcu var, alimenti ödəmir, icra sənədinin icrasından boyun qaçırır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, iş yerinin və maddi imkanının olmamasına görə borcunu ödəyə bilmir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Qazax Rayon Məhkəməsinin 2(023)-1061/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, 05 mart 2010-cu ildə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Samux rayonunun Ağasıbəyli kəndində qeydiyyatda olan və Qazax rayonunun Dəmirçilər kəndində yaşayan cavabdeh Şəxs 28 avqust 2014-cü ildən başlayaraq ayda 80 (səksən) manat məbləğində aliment alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1405/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs, 2003-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment və müalicələri üçün əlavə xərc kimi hər ay 60 manat pul tutularaq X2 ödənilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-628/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 19 iyun 2014-cü il tarixdə anadan olmuş X1 üçün 04 mart 2022-ci ildən başlayaraq hər ay 150 (bir yüz əlli) manat miqdarında aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Qazax Rayon Məhkəməsinin 2(023)-1061/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1405/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Qazax Rayon Məhkəməsinin 2(023)-628/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. Samux Rayon Məhkəməsinin 1(058)-46/2021 saylı, 28 dekabr 2021-ci il tarixli hökmün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycanı Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X7 15 sentyabr 2021-ci il tarixdən 16 sentyabr 2021-ci il tarixədək cəmi 01 gün tutulduğu müddət cəzası çəkilmiş hesab edilməklə ona təyin edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və o, üzərində qəti olaraq 01 il 11 ay 29 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1405/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini təmin etmə məqsədi ilə X7 Samux rayonu Ağasıbəyli kəndində olan evinə baxış keçirilmiş, borclunun yaşadığı evdə tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. 02 fevral 2024-cü il tarixli icra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında qərarın surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1061/2014 saylı, xx.xx.2014-cü il tarixli icra Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1405/2018 saylı, xx.xx.2018-ci il tarixli, Qazax Rayon Məhkəməsinin 2(023)-628/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, borclu xx.xx.1975-ci il təvəllüdlü Samux rayonu, Ağasıbəyli kəndində anadan olmuş, Samux rayonu, Ağasıbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və özünün ifadəsi ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Qazax Rayon Məhkəməsinin 2(023)-1061/2014 saylı, xx.xx.2014-cü il tarixli, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1405/2018 saylı, xx.xx.2018-ci il tarixli, Qazax Rayon Məhkəməsinin 2(023)- 628/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə müəyyən olunmuş borc məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş, hazırda onun 19943 manat aliment borcu yığılmışdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X12 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 12:35-dən hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar