Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-251/2024 18.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux Rayon Polis şöbəsinin nümayəndəsi Samux Rayon DYPB yol nəqliyyat hadisəsi üzrə baş inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Samux rayonun Qarabağlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Samux Rayon Yol Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Yol Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Samux Rayon YPX-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan və iş materiallarında olan digər sənədlərdən görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs bir il ərzində ikinci dəfə spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə xx.xx.2024-cü il tarixdə, saat 20:10-da “VAZ 21070” minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. Bununla o, Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Samux Rayon Polis şöbəsinin nümayəndəsi Samux Rayon DYPB yol nəqliyyat hadisəsi üzrə baş inspektoru X2 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xəta ilə bağlı təqsirini etiraf edərək bildirdi ki, o, uşağının ad günündə spirtli içki içib və içkinin təsiri altında avtomobili idarə etmişdir. Bundan əvvəl də dostları ilə yeyib-içən günü eyni cür içkili vəziyyətdə idarə edərkən polis əməkdaşları tərəfində saxlanılmışdır. İnzibati xətanı törətdiyinə görə peşmandır. Buna görə də ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: xx.xx.2024-cü il tarixdə saat 20:08-də aparılmış müayinə nəticəsində Şəxs alkoqolun konsentrasiyasının 0,418% promil olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 329.1-ci və 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbəğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs eyni inzibati xətaya görə inzibati tənbeh almasına baxmayaraq həmin tənbehin verilməsi barədə qərarın qanuni qüvvəyə mindiyi gündən bir il keçmədən, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində “VAZ 21070” minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh olaraq nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılması, əsas tənbeh kimi inzibati həbs növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla və 500 manat məbləğində inzibati cərimə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-251/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-251/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver