Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-252/2024 27.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, İsmayılova Günel İmamverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Samux rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, Samux rayonu, Köbər kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Samux Rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00-da istifadəsində olan “QAZ 3110” minik markalı **- BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.8ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, Şəxs 01 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində “QAZ3110” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayonu Köbər kəndində yerləşən Köbər tam orta məktəbin yanında yolun üzü Samux rayonu Qaraağaclı kəndi istiqamətinə baxdıqda yolun sağ hissəsinə bitişik ikinci dərəcəli torpaq yoldan baş yola yəni, Qaraağaclı-köbər kənd avtomobil yoluna çıxaraq yolu sağ tərəfdən sol tərəfə keçmək istəyən zaman Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq onun sol tərəfindən baş yolda üzü Samux rayonu Qaraağclı kəndi istiqamətində hərəkət edən X2 idarə etdiyi “QAZ31105120” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxaraq toqquşaraq Namiq Əliyevin avtomobilində sərnişin olmuş, X4, X1, X3 ayrı ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurulması və X2 idarə etdiyi “QAZ 31105120” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törədərək, yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək qeyd etdi ki, həmin gün fikirli olduğu üçün sözügedən yol nəqliyyat hadisəsini törətmişdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Samux Rayon Polis Şöbəsinin nümayəndəsinə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onları iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi faktı üzrə Şəxs əməlində qeyd olunan xüsusat üzrə cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CMnin 263-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilməklə, həmçinin vətəndaş Şəxs X2 idarə etdiyi “QAZ31105120” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurması faktında Azərbaycan Respublikası CM-nin 187-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs 01 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində “QAZ3110” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayonu Köbər kəndində yerləşən Köbər tam orta məktəbin yanında yolun üzü Samux rayonu Qaraağaclı kəndi istiqamətinə baxdıqda yolun sağ hissəsinə bitişik ikinci dərəcəli torpaq yoldan baş yola yəni, Qaraağaclı-köbər kənd avtomobil yoluna çıxaraq yolu sağ tərəfdən sol tərəfə keçmək istəyən zaman Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq onun sol tərəfindən baş yolda üzü Samux rayonu Qaraağclı kəndi istiqamətində hərəkət edən X2 idarə etdiyi “QAZ31105120” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxaraq toqquşaraq Namiq Əliyevin avtomobilində sərnişin olmuş, X4, X1, X3 ayrı ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurulması və X2 idarə etdiyi “QAZ 31105120” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törədərək, yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun etirafı ilə yanaşı iş materialları ilə tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, inzibati məsuliyyətdən və tənbehdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cı maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Məhkəmə iclasında inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, barəsində icraat aparılan şəxsin inzibati xətanı törətməsinin yol hərəkəti qaydalarını bilməməsindən qaynaqlanmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 8 (səkkiz) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-252/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-252/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver