Məhkəmə qərarları › İş №3(058)-253/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-253/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-253/2025 14.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirləndirilməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsindən Şəxs müvafiq sənədi olmayan ov tüfəngi aşkar edildiyindən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Samux Rayon Polis şöbəsinə və Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, buna baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlməmişlər və işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişdirlər. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair onun barəsində müvafiq protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Samux Rayon Sərkar kənd, Samux Rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri, polis baş serjantı Toğrul Mikayılzvadə və Samux Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı orxan Məmmədov ilə birilkdə xidmətdə olan zaman Samux Rayon Sərkar kənd istiqamətində əkin sahəsində bir nəfər şəxsin mülki silahlı olduğunu görərək həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsdən şəxsiyyətini və ov silaha məxsus sənədləri təqdim etməsini xahiş etmişlər. Adı onlara sonradan məlum olan Şəxs sənəd təqdim etməsi tələb olunsada o, heç bir sənəd təqdim etmədi və mülki silahı ilə əkin sahəsini qoruduğunu bildirmişdir. Silaha baxış zaman lülənin daxilində patron aşkar edilməmişdir. Şəxs ov silahınnan bağlı müvafiq sənədi təqdim etmədiyindən onu Samux RPŞ-nə dəvət etmişlər. xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən verilmiş izahatdan görünür ki, o, Samux rayonu Sərkar kənd ərazisində özünə məxsus əkin sahəsində arpa və yonca əkmişdir. Həmin əkin sahəsinə özü nəzarət edir. Bu səbəbdən özünə məxsus olmayan babasından yadigar qalalı “TOZ” markalı 16 çaplı, 1 lüləli, 58959 nömrəli ov silahıyla səhər saatlarında əkin sahəsini quşlardan qorumaq üçün lazım olanda havaya atəş acdığını və atəş açan zaman təhlükəsizliyə tam riayət etməsi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixdə əkin sahəmdə olan zaman mənə polislər yaxınlaşdı və özlərini təqdim etdikdən sonra məndən şəxsiyyətimi təsdiq edən və ov silahına aid olan sənədləri təqdim etməyimi bildirdilər. Polis əməkdaşları ondan silaha dair müvafiq sənəd tələb etdikdə heç bir sənəd təqdim etmədiyini bildirmişdir. Beləliklə, Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və şəxsin iş materiallarındakı izahatı ilə tam sübuta yetirilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsulliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar aşkar edilmədi. İXM-in 590.2-ci maddəsinə əsasən maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə, silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini nəzərə alaraq ona məxsus silah müsadirə edilməklə 80 manat məbləğində inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat cərimə edilsin. Bir ədəd “TOZ” markalı 16 çaplı, 1 lüləli, 58959 nömrəli ov tüfəngi müsadirə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar