Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-254/2025 21.04.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Samux Rayon Polis X6 Polisi Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Azərbaycan Respublikası Samux Rayon Polis X6 Polisi Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərardan şikayət verərək sözügedən qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o xx.xx.2025-ci il tarixində Samux şəhərində Kapital Bankdan qayıtığı zaman Samux şəhəri Heydər Əliyev prospekti ilə üzü Samux Rayon İcra Hakimiyyəti istiqamətində hərəkətdə olduğu zaman, Heydər Əliyev prospekti 26 ünvanında YPX avtomobili səs siqnalları verərək onu (GPS 40.7628813, 46.4038166 koordinatlarında) saxlatmışdır. Özünü anlaşılmayacaq tərzdə aşağı səs tonunda vəsiqə görsətmədən teqdim etmiş hesab edən “** YP ***” Yol patrul avtomobilini idarə edən əməkdaş ona Dayanma durma qadağan edən nişanı pozduğunu qeyd edərək barəsində protokol tərtib edəcəyini bildirmiş.Onu saxlatdırdıqları yerdə heç bir qadağan edici nişanın olmadığından əmin olduğundan protokol tərtib edilməsinə etirazını bildirərək, imzalamayacağını qeyd etmiş və əgər protokol tərtib ediləcəksə qərarsız protokol tərtib edilməsini xahiş etmişdir.Bir neçə gündən sonra ona, yaşayış ünvanına İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol poçtla çatdırılmışdır. Daha sonra ona Samux rayonu Polis Şöbəsindən xx.xx.2025-ci il tarixli ******* nömrəli məktub ünvanlanaraq xx.xx.2025-ci il tarixində (həftənin bazar günü -qeyri iş günü) saat 10-00-da Samux rayon polis şöbəsinə dəvət edildim. xx.xx.2025-ci il tarixində ***-***-**-** mobil nömrəsindən zəng daxil olaraq onu Samux rayon polis şöbəsinin DYP bölməsinin əməkdaşı kimi təqdim edən şəxs tərəfindən həmin gün ərzində Samux rayon polis şöbəsinə dəvət edilmişdir.Əməkdaşa rəsmi məktuba əsasən xx.xx.2025-ci il tarixində saat 10-00-a çağrıldığını qeyd etsə də,əməkdaşın həmin günü gəlməyini, inzibati xəta haqqında qərarın bu gün qəbul ediləcəyini bildirmiş və o bundan sonra xx.xx.2025 ci il tarixində günün birinci yarısında Samux rayon polis şöbəsinə getmişdir.Ona izahat yazması təklif edilmişdir və o hadisə barədə izahatını yazmışdır.İzahatını yazdığı zaman dyp əməkdaşlarının ona təsir göstərməklə izahatını onların dedikləri tərzdə yazmağını istəmşilərdir. O isə izahatını özünə məxsus olduğunu bildirmiş və öz hüququndan qanuna uyğun istifadə edərək izahat yazmışdır. Həmin gün ona 050 *** ** ** mobil nömrəsinə SMS daxil olaraq qərarın qüvvəyə minməsi haqqında bildiriş gəlmişdir. Həmin qərar 27 fevral 2025-ci il tarixində poçt vasitəsilə kağız blankda ona təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətini müdafiə edərək bildirdi ki, o, inzibati protokolda sözügedən tarixdə avtomobilində yaranmış nasazlıq səbəbilə həqiqətən də dayanmadurma hərəkətinin qadağan olunduğu yerdə avtomobilini saxlamışdır. Bu zaman arxada dayanan yol patrul xidməti maşınında əyləşən yol polisi ona əli ilə işarə vermiş, lakin o, həmin işarənin səbəbini başa düşməmiş, ona görə də abvtomobili sürərək oradan uzaqlaşmışdır. Daha sonra yol patrul xidməti avtomobili onun arxası ilə gələrək onu saxlamış və barəsində inzibati protokol tərtib etmişdir. Onun barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarı mübahisələndirməyinin səbəbi odur ki, inzibati protokol inzibati xətanın baş verdiyi yerdə deyil, daha sonra polis əməlkdaşı tərəfindən saxlanıldığı yerdə tərtib olunmuşdur. Ona görə də, Samux Rayon Polis X6 Polisi Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi X4 şikayətin əsassız olduğunu, X2 özünün də etiraf etdiyi kimi onun dayanma-durma hərəkətinin qadağan olunduğu yerdə avtomobilini saxladığını bildirdi və şikayətin rədd edilməsini edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə qərardan şikayət vermiş şəxs X2 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sübutu tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2025-ci il tarixli TP ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 İXM-in 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 20 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə – iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı X3 tərəfindən İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlarla, eyni zamada onun özünün etirafı ilə öz təsdiqini tapdığı müəyyən edilmişdir. Belə olan halda X1 qərardan şikayətində göstərdiyi xüsusatlar onun mülahizələrindən ibarət olmaqla əsassızdır və bu səbəbdən də şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Samux Rayon Polis X6 Polisi Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-254/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-254/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver